Quduz it küçədə 5 nəfəri DİŞLƏDİ
Zaqatalada küçə iti 5 nəfərə xəsarət yetirib.
KONKRET.az xəbər verir ki, günorta saatlarında Zaqatala şəhərinin mərkəzi küçələrindən birində, əhalinin alış-veriş etdiyi bazar ərazisində it qəflətən sakinlərə hücum edib. Bu zaman özünü və başqalarını itdən müdafiə etməyə çalışan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan sakinlər dərhal rayon mərkəzi xəstəxanasına çatdırılaraq, ilkin tibbi yardım göstərilib. İlk növbədə, onlara quduzluq əleyhinə peyvəndlər vurulub. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, noyabrın 21-də xəstəxanaya it dişləməsi ilə bağlı 5 nəfər müraciət edib. 1957-ci il təvəllüdlü şəxsə (cinsi kişi) sol budun açıq yarası, 1970-ci il təvəllüdlü şəxsə (cinsi kişi) sağ budun dişlənmiş yarası, 1961-ci il təvəllüdlü şəxsə (cinsi kişi) sol bazunun açıq yarası, 1964-cü il təvəllüdlü şəxsə (cinsi kişi) sol bazunun açıq yarası, 1957-ci il təvəllüdlü şəxsə sol budun açıq yarası diaqnozu qoyulub. Zərərçəkən hər bir şəxsə zəruri tibbi xidmət göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.
Quduzluq ehtimalı olunan və sakinlər tərəfindən öldürülən it müvafiq təşkilat tərəfindən ərazidən götürülüb. Eyni zamanda, onun quduzluğa yoluxub-yoluxmadığını müəyyən etmək üçün analizlər götürülərək müvafiq laboratoriyaya göndərilib.
Rayon Gigiyena və Epidemiologiya Stansiyasından isə bildirilib ki, dərhal hadisə baş verən yerə mütəxəssislər göndərilib, ərazi dezinfeksiya olunub.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi