Qulu Məhərrəmli televiziyalar haqda danışdı: Çadır toyu səviyyəsində olan verilişlər

Qulu Məhərrəmli televiziyalar haqda danışdı: Çadır toyu səviyyəsində olan verilişlər"Bakı Musiqi Forumu"nda yerli televiziya verilişlərinə münasibət bildirilməsini çox faydalı hesab edirəm. Bir sıra tanınmış musiqi xadimlərinin, mədəniyyət adamlarının - Fərhad Bədəlbəyli, Siyavuş Kərimi kimi insanların televiziya verilişlərinə münasibəti tamamilə təbiidir. Bu sırada birbaşa televiziya həqiqətlərini deyən, hədəf auditoriyası ilə münasibətləri açıq şəkildə göstərən Murad Dadaşovun da çıxışı diqqətimi cəlb etdi".
Bu sözləri azxeber.com-a açıqlamasında professor, əməkdar jurnalist Qulu Məhərrəmli yerli televiziya kanallarında yayımlanan bayağı verilişlərə münasibət bildirərkən deyib.
Professor bildirib ki, hazırkı auditoriya televiziyadan faydalı verilişlər tələb edir:
"Bütün yanaşmalar, o cümlədən mənim yanaşmam subyektivdir. Amma tamaşaçılar üçün televiziya bir platformadır. Onlar həmin televiziyadan xəbərlər, yaxşı verilişlər, baxdıqları vaxtın itirilməməsi üçün faydalı, gərəkli verilişlər gözləyirlər. Ona görə də bizdə həmin səviyyədə verilişlər olmayanda istər-istəməz manevr taktikası tətbiq olunur. Məsələn, televiziya rəhbərləri adətən verilişi yönəltdikləri auditoriyanın istəyi, tələbi, estetik duyumu qavrayışını əsas götürürlər. Əlbəttə ki, hər bir televiziya verilişinin hazırlanmasında kateqoriya, parametr ola bilər.
Ümumiyyətlə isə, televiziya özünün missiyasından irəli gələn vəzifələri reallaşdırmalıdır. Bu o deməkdir ki, televiziya öz məhsullarını çıxardığı bazarda yüksək meyarlarla təqdim etməlidir. Bizim televiziya məkanımızın vəziyyəti elədir ki, büdcədə maliyyələşən telekanallar var, özəl telekanallar var. Büdcədə maliyyələşən kanallar AZTV-nin 3 kanalıdır, İctimai televiziyadır və Naxçıvan televiziyasıdır. Bir də özəl - kommersiya kanalları var. Bunların, əlbəttə ki, məhsullarına eyni dərəcədə, tələbkarlıqla yanaşmaq olmur".
Əməkdar jurnalist "Xəzər Media Mərkəzi"nin direktoru Murad Dadaşovun mövzu ilə bağlı açıqlamasına da münasibət bildirib:
"Murad Dadaşov onu dəqiq şəkildə deyib ki, televiziya kanalı yaşamalıdır, işçilər maaş almalıdır və televiziya sabaha baxmalıdır. Amma burada ciddi məsələ budur ki, biz jurnalistlər şou proqramlarını hazırlayırıq və onun ölçüləri, peşəkarlıq səviyyəsi, standartları nə haldadır? Bunu bilməliyik. Məsələn, vaxtıyla Murad Dadaşovun özünün çox böyük peşəkarlıqla apardığı "Maşın şou"su var idi. Ona kim nə irad tuta bilirdi ki? Həmin veriliş aparıcısından tutmuş rejissoruna qədər çox böyük səviyyədə hazırlanırdı. Bu verilişdə müəyyən bir arenada televiziya ekranlarından tamaşaçıya təlqin etdiyi müsbət mesajlar da var idi. Lakin indiki hazırlanan televiziya şouları, əyləncəli proqramlar sırf orta səviyyəli tamaşaçı üçün nəzərdə tutulur ki, auditoriya buna baxsın və həmin kanalın, verilişin reytinqi artsın. Ona görə də burada zəif verilişlərin hazırlanmasına bəraət qazandırmaqdan daha çox sözügedən verilişlərin ümumən bir standart kimi təqdim olunması tendensiyasi qorxuludur".
Qulu Məhərrəmli hesab edir ki, zəif televiziya proqramlarının hazırlanmasına heç bir halda bəraət qazandırmaq olmaz:
"Bizim keyfiyyətli şouları, əlbəttə ki, tamaşaçı görür. Söhbət az qala çadır toyu səviyyəsində hər cür estetik dəyərlərdən uzaq olan verilişlərin hazırlanmasından gedir. Televiziya birbaşa o verilişlərin keyfiyyəti üçün məsuliyyət daşıyır. Yəni, biz nə qədər auditoriyanı əsas amil kimi önə çəksək də, televiziyanın özünün bəlli standartları var ki, həmin meyarlar üzrə biz verilişlərə müəyyən tələblə yanaşırıq. Məncə, əsas problem budur. Bəli, televiziyaların maddi durumu ürəkaçan deyil. Kadr potensialı heç də həmişə lazım olan səviyyədə olmur. Rejissor işi, menecer işi, yaradıcılıq problemləri - bütün bunlar xeyli maliyyə tələb edir. Buna görə də həmin maliyyənin də əsas mənbəyi reklamlar və sponsorlardır. Bütün bunlarla yanaşı, hesab edirəm ki, zəif proqramların hazırlanmasına heç bir halda bəraət qazandırmaq olmaz. Ən zəif veriliş belə estetik dəyər daşımalıdır. Düşünürəm ki, bu proseslə bağlı "Musiqi Forumu"nda həyəcan təbilinin çalınması çox təbii haldır".
Mikayıl Mirzəzadə

Şou Biznes       Tarix: 02 noyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə


azerbaycan xeberleri son xeberler yeni xeberler son xabarlar sonxeber az valyuta ensonxeberler