Qurban Qurbanov: "Bayer 04"ə qarşı həddən artıq dinamik çıxış etməliyik"
"Bayer 04"ə qarşı həddən artıq dinamik çıxış etməliyik".
KONKRET.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniyanın "Bayer 04" klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu ərəfəsində mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis güclü rəqiblə qarşılaşacaqlarını bildirib: "Çox ciddi komandaya qarşı oynayacağıq. İlk görüşdə böyükhesablı məğlubiyyətə baxmayaraq, futbolçularımız ruhdan düşməyiblər. Matça heç də pis hazırlamamışıq. Hazırda Avropanın ən dinamik komandalarından biridir. Çox yaxşı oyun fəlsəfələri və bunu düzgün icra edən futbolçuları var. Rəqiblə tam tanış olduq, futbolçulara lazım olduğu qədər izah etdik. Sabah doğma azarkeşlərimiz önündə mübariz oyun göstərmək istəyirik. Oyunçularımızın bunu bacaracaqlarına şübhə etmirəm".
O, 8 Noyabr – Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib: "Hər kəsin bayramını təbrik edirəm. Bunun futbolçulara təsiri istər-istəməz olur, daha yaxşı oynamağa çalışırlar. Bəzən isə belə amillər oyunçulara əks təsir göstərə bilər. Həddən artıq aqressivlik mane ola bilər. Rəqibə uyğun oyun qurmalı və "Bayer 04"ün üstün cəhətlərinin qarşısını almalıyıq".
Q.Qurbanov Leverkuzendəki 1:5 hesablı məğlubiyyətlə müqayisədə bəzi dəyişikliklərin olacağını vurğulayıb: "Həmişə öz oyunumuzu yaxşılaşdırmağı düşünmüşük. Əvvəlcə rəqibin oyununu pozmağa, sonra öz oyunumuzu göstərməyə çalışırıq. Bəzən bu alınmır. İstənilən halda cavab görüşlərində dəyişikliklər olur. Bu dəfə də matçın gedişində dəyişikliklər olacaq. İnanıram ki, bu, faydalı olar".
Baş məşqçi mərhələ adlamaq üçün maksimum çalışacaqlarını deyib: "Ötən mövsüm Konfrans Liqasının pley-offuna adladıq. Bəzən istədiyimiz alınmaya bilir. Amma bu o demək deyil ki, ilk oyunlarla müqayisədə sonrakı matçlara yaxşı hazırlaşmırıq. Komandanın optimal formada olub-olmadığı vaxtlar olur. Bu gün "Bayer 04"ü saymasaq, digər üç komandanın hər birinin mərhələ adlamaq şansı var. Şansımız varsa, bunu düzgün təhlil edib, daha yaxşı nəticələr qazanmağa çalışacağıq".
Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ 04" – "Bayer" oyunu saat 21:45-də başlayacaq.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi