Qurban Qurbanov: "Çox narahatam"

Qurban Qurbanov: Dünən Misli Premyer Liqasının XVIII turu çərçivəsində "Qarabağ" doğma meydanda "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub edib.
KONKRET.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
"Vacib bir qələbə qazandıq. Möhkəm bir komandaya qarşı oynayırdıq. Oyunçularım xarakter göstərdilər. Belə qarşılaşmalarda oyunu ələ almaq elə də asan deyil. Hər bir pauza, hər bir cərimə zərbəsi rəqibin üstülüyü demək idi. Hər bir halda futbolçularım qalib gəlmək üçün əllərindən gələni etdilər".
– Adətən Avropadakı səfər matçlarından sonra Premyer Liqada 2-ci heyətlə meydana çıxırsız. Lakin bu matçda bunu görməməyimiz çempionluq yarışındakı ciddi rəqabətin olduğu anlamına gəlirmi?
– Bəli, bu hallar çox olur. Baxmayaraq ki, Liverpuldan 6 saatlıq yol gəlmişdik. Yorğunluq var idi. Mənim qorxum bu qrafikdə zədə ilə bağlı idi. Şükürlər olsun ki, zədə baş vermədi. Əvvəllər də səfər matçlarından sonra əsas heyətlə oynamışıq.
– Beynəlxalq matçlardakı təcrübənizə əsaslanaraq bizim hakimlərə nə kimi tövsiyə edə bilərsiniz?
– Onlara tövsiyə etməyə ehtiyac yoxdur. Mən ancaq onlara uğurlar arzu edə bilərəm. Oyun çox dayanırdı. Elçin Məsiyev oyunlarda olanda adətən mən daha çox rahat oluram. Avropa təcrübəsi çox olduğuna görə bu hiss məndə olur. Matç zamanı müəyyən emosiyalara qapılıb öz etirazımı sərt bildirdim. İlk hissədən sonra onunla söhbət etdim və etirazımın nə ilə bağlı olduğunu dilə gətirdim. Normal qarşıladı. Oyun tez-tez dayananda futbolçuların da ritmi pozulur. Amma onlar daha yaxşı bilirlər.
– İbrahima Vadji ilə bağlı qırmızı epizodu və qoldakı ofsayd şübhəsi ilə bağlı düşüncələriniz?
– Mən istəmirəm ki, sadə epizodlarda qırmızı vərəqə olsun. Həmin epizodda qırmızı vərəqə verilməməsini doğru hesab edirəm. Qoldakı ofsayd şübhəsi ilə bağlı onu deyə bilərəm ki, biz öz kameramızdan baxdıq və doğru qərar verildiyini düşünürəm.
– Çempionlar Liqasındakı uğurunuzla bağlı müəyyən klublar təbrik paylaşımı etmədilər. Bu sizi üzmür ki?
– İnanın ki, daha dərindən maraqlanmamışam kim təbrik edib, kim yox. Amma dünya praktikasında bu cür hallar var. Yəni rəqabət olan yerdə bunu normal qarşılayıram.
– "Sabah"ın bu cür yüksəlişi sizi çempionluq yarışında həyacanlandırırmı?
– "Sabah"ın yüksəlişi təbii ki, bizi bir komanda olaraq narahat edir. Amma digər tərəfdən də sevindirir ki, bu rəqabət bizi də irəliyə doğru aparır.
– "Nyukasl"la matçdan əvvəl "Şamaxı" və "İmişli" ilə səfər qarşılaşmalarınız var. Bu stadionlarda oynamaq zədələnmə riski ilə əlaqədar sizi narahat edirmi?
– Çox narahatam. "Nyukasl"la matçdan əvvəl 2 Şamaxı səfərimiz var, biri kubokda biri çempionatda. "İmişli" ilə matçda da Qubadakı meydançanın vəziyyəti bizi narahat edir. Müəyyən rotasiyalar olacaq, amma müəyyən futbolçuların oyun təcrübəsinə ehtiyac var.

İdman       Tarix: 02 fevral 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb. KONKRET.azoxuaz-a istinadə

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Millimiz Litvanı məğlub edib

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv IV turda Litva yığmasını qəbul edib. 8-ci km qəsəbə stadionunda keçirilən qarşılaşma saa


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gunun xeberleri haqqinda melumat enson xeberler novruz bayramı xeber saytlari