Qurban Qurbanov Nəriman barədə danışdı - "Adam özündə deyildi"

Qurban Qurbanov Nəriman barədə danışdı - "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Nəriman Axundzadənin ABŞ təmsilçisi "Kolumbus Kreu" klubuna transferindən danışıb.
KONKRET.az xəbər verir ki, baş məşqçi bu barədə Misli Premyer Liqasının 19-cu turunda "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra danışarkən deyib.
"Nərimanla bağlı ciddi danışıqlar gedir. Sona yaxınlaşırdı. Düzdür, tam qərar verilməyib, amma ola bilər. Bu gün də oyundan sonra futbolçulardan biri mənə yaxınlaşıb dedi ki, yaxşı təklifim var. Siz getməyim və ya qalmağım haqqında nə qərar verəcəksiniz, bilmirəm. İnanın ki, bunları ələ almaq, əldə saxlamaq asan deyil. Bir az sakitləşdirməyə çalışırıq, başqa xəbərlər gəlir. Xoşagəlməz deməzdim, amma elə təkliflərdir ki, ora ancaq pula görə getmək olar. Elə pul da təklif edirlər ki, oyunçular "yox" deyə bilmir. Ona görə bir az problemlərimiz var. Çalışırıq ki, ələ alaq, motivasiyanı saxlayaq", – baş məşqçi bildirib.
Q.Qurbanov Bəhlul Mustafazadənin Çin klubuna transferinin baş tutmamasından da danışıb: "Orada bir neçə detal oldu. Onunla danışmışdıq və Bəhlulun tərəfində idim. Bəzi detallar var, çox dərinə getmək istəmirəm".
Təcrübəli mütəxəssis Nərimanın ABŞ klubunu seçməsinə münasibət bildirib: "Onun kimi futbolçunun komandadan ayrılması xoş deyil. Amma məlum məsələlərə görə legioner həyatı yaşamaq istəyirdi. Fikrimcə, bu Nərimana lazım idi. Çünki adam özündə deyildi. Hər gün fərqli düşüncədə, fərqli fikirdə idi. Yəqin ki, hər gün haqqında nəsə oxuyub gəlirdi. Getməyi lazımdır ki, özünü tapsın. Buna görə belə addım atdıq. Bəli, mənə lazım idi. Sıx qrafikə bu cür oyunçulara ehtiyac var. Edəcəyimiz bir şey yoxdur. Təki alınsın. Son iki ildə çox əziyyət çəkib. İnanıram ki, daha yaxşı Nəriman görəcəyik".

İdman       Tarix: 10 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb. KONKRET.azoxuaz-a istinadə

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Millimiz Litvanı məğlub edib

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv IV turda Litva yığmasını qəbul edib. 8-ci km qəsəbə stadionunda keçirilən qarşılaşma saa


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gunun xeberleri haqqinda melumat enson xeberler novruz bayramı xeber saytlari