Qurban Qurbanov: "Şahruddin Məhəmmədəliyev çox dilxordur"
"O, hazırda çox dilxordur".
KONKRET.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qapıçı Şahruddin Məhəmmədəliyev haqqında danışarkən deyib.
50 yaşlı mütəxəssis Çexiyada "Viktoriya"ya 1:2 hesabı ilə uduzduqları görüşdə səhvə yola verən oyunçunun öz işində məsuliyyətli olduğunu bildirib: "Məhəmmədəliyev daha yaxşı olmaq və böyümək istəyir. Sabah mən də səhv edə bilərəm və bu da müzakirə mövzusu ola bilər. Hətta 10 illik nəticələrimin üzərindən xətt çəkə bilərlər. Azarkeşlər qarşılaşmalardan sonra aqressiv və emosional olurlar. Şahruddini indidən sonra da sevəcəklər".
Qurbanov bəzi ulduz futbolçuların da səhvlərə yol verdiyini söyləyib: "Şahruddin ən güvəndiyim oyunçulardan biridir. Xarakteri, insanlığı cavan futbolçulara örnəkdir. O, işini çox sevir və ağrılara dözən futbolçudur. Mənim ürəkli insanlara və idmançılara inamım çox böyükdür. Hər sahədə belə insanlara ehtiyac var. Şahruddin çox məsuliyyətli olduğu üçün fikir edir. Həmişə onun arxasındayam. Azarkeşlər də onu çox istəyir. Bəzən uduzanda mən də oyunçuları acılayıram. Amma iki gün sonra sığallayıram. İnanıram ki, fanatlar yenidən Şahruddinə güvənəcək".
Təcrübəli baş məşqçi Məhəmmədəliyevin sosial şəbəkələrdəki paylaşımlarına da toxunub: "Sosial şəbəkələrə girmirəm. Baxandan sonra paylaşımın qıcıqlandırıcı olub-olmadığını deyə bilərəm. Bəzən insan adi fikri hansı tərəfə yozmaq istəyirsə, yozur".
Mütəxəssis azarkeşlərin "Şamaxı"nı 4:0 hesabı ilə məğlub etdikləri matçda medianı təhqir etməsi haqqında suala da cavab verib: "Söhbətin necə olduğunu bilmirəm. Bir dəfə fanatlara etiraz etdim, məndən narazı qaldılar. Stadionlarda söyüş eşitmək istəmirəm. Amma təəssüflər olsun ki, olmayan yer yoxdur. Bəlkə də futbol bunsuz mümkün deyil. Azarkeş isə azaddır. Mən çox istəyirəm ki, hamı birlikdə dil tapsın. Hamımız bu Vətənin övladlarıyıq. Ən ucqar yerdə qalan azərbaycanlını dünyaya dəyişmərəm. Xalqımızı çox sevirəm". Report
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi