Qurban Qurbanov: "Səbail"lə cavab oyunu daha da gərgin keçə bilər"
Cavab görüşü daha da gərgin keçə bilər.
KONKRET.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Səbail"ə qarşı ilk oyundan sonra baş tutan mətbuat konfransında deyib.
Mütəxəssis qalib gəldikləri matç barədə danışıb:
"Bu gün çox yaxşı komandaya qalib gəldik. İkinci hissədəki dəyişikliklərlə oyunun sürətini artırdılar. "Səbail" həm topla, həm də topsuz meydanda çox düzgün davrandı. Futbolçularımı təbrik edirəm, çox istəkli idilər. Hələ ilk oyundur. Cavab görüşü daha da gərgin keçə bilər".
Q.Qurbanov heyətə yeni cəlb olunan Kadi Borgesin transferi məsələsinə münasibət bildirib:
"Kadini sıralarımıza cəlb etmək şansımız yarandı və bundan istifadə etdik. Julio Romao üçün "Ferentsvaroş" (Macarıstan) bizə təklif göndərdi. Biz də bu təklifi müsbət qarşıladıq və danışıqlar əsasında Kadi Borgesi transfer etdik".
Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Qarabağ" səfərdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib.//Report
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu