Qurban Qurbanov: "Şelburn"a qarşı səhvsiz oynamağa çalışacağıq"
"Qarabağ" "Şelburn"a qarşı səhvsiz oynamağa çalışacaq.
KONKRET.az "Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis səfər görüşündən sərfəli nəticə ilə dönmək istədiklərini söyləyib:
"Yaxşı komandaya qarşı çıxış edəcəyik. "Şelburn" barəsində ancaq xoş ifadələr işlətmək olar. Bu komandanın özünə uyğun oyun üslubu var. Rəqib artıq Çempionlar Liqasında iki görüş keçirib. Bu baxımdan, onlar artıq bəzi göstəricilərə görə bizdən üstündürlər. Hər bir halda rəqibi yaxından tanımağa çalışmışıq. Sabahkı qarşılaşmada səhvsiz oynamaq istəyirik. İnanıram ki, azarkeşlər üçün də maraqlı qarşılaşma olacaq. Stadionun azarkeş tutumu az olsa da, meydana toplaşan tərəfdarlar bunu hiss etdirmirlər. Onlar hər baxımdan qələbə üçün istəklidirlər".
O, İrlandiya təmsilçisinin oyununu stadiondan canlı olaraq izlədiyini, rəqibin təhlükəli yanlarını bildiyini vuğulayıb:
"Bir daha təkrar edirəm ki, rəqib çox istəklidir. Əks hücumlarda təhlükəli hücumlar yarada bilirlər. Oyun sistemlərini düzgün icra edirlər. Sandart vəziyyətlərdə də rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaradırlar. Bu səbəbdən sabah maksimum az səhv etməyə çalışacağıq".
Q.Qurbanov komandanın avrokuboklarda böyük təcrübəyə malik olmasının və hər il qrup mərhələsinə qədər irəliləməsinin səbəbi barədə də danışıb:
"Klub olaraq öz işimizə məsuliyyətli yanaşırıq. Rəhbərlik səviyyəsində elə iş qurulub ki, qazanılan uğur hər il ən azı təkrarlanmalıdır. Həmişə istəkli kollektivimizin olmasına çalışmışıq. Bəzi dəyişikliklərə baxmayaraq, bunu qoruyub saxlaya bilmişik. Əlbəttə ki, problemlər olur, bəzən istədiyimiz nəticəni əldə edə bilmirik. Amma 11 il qrup mərhələlərində oynamağı böyük uğur hesab edirik".
Qeyd edək ki, "Tolka Park"dakı "Şelburn" – "Qarabağ" oyunu sabah, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər