"Qurban Qurbanova 3-4 il vaxt verilib ki..."

"AFFA-nın yeni rəhbərliyi formalaşıb.
İcraiyyə Komitəsinin yeni tərkibində olanları da yaxşı tanıyıram.
Ölkə futbolu adına onlardan gözlənti çoxdur. Çalışmaq lazımdır ki, milli və digər komandalar daha da güclənsin.
KONKRET.az xəbər verir ki, bunu teleqraf.com-a Milli Məclisin deputatı Aqil Abbas deyib.
O qeyd edib ki, ölkədəki komandaların ən azı "Qarabağ" səviyyəsində çatması, daha da inkişafı arzulanır:
"Təbii ki, buna qısa zamanda nail olmaq da çətindir. "Qarabağ" klubu da birdən-birə formalaşmayıb. Klubun baş məşqçisi Qurban Qurbanova 3-4 il vaxt verilib ki, komandanı toparlasın, formalaşdırsın.
Misal üçün "Neftçi" ildə üç dəfə baş məşqçi dəyişir. Belə olan komanda formalaşa bilməz. Digər klublarda da eyni vəziyyətdir".
Millət vəkili hesab edir ki, klubların inkişafı üçün şərait yaradılmalıdır:
"Uşaq futbolu inkişaf etdirilsə, milli komanda toparlana biləcək. Milli komandaya elə adam gətirilməlidir ki, o, iş görə bilsin.
Klublara gətirilən baş məşqçilərlə müqavilə bağlananda qarşılarına şərt qoyulmalıdır. Bu şərtlər təmin olunmasa, məşqçilərlə müqavilə pozulmalı və onlara təzminat verilməməlidir".
Aqil Abbas hesab edir ki, AFFA-nın yeni rəhbərliyi yeniliklər edəcək:
"Köhnə rəhbərlik də stadion tikib, komandalara yardım edib. AFFA-nın keçmiş rəhbəri Rövnəq Abduallayevin də müəyyən fəaliyyəti olub. Bunu inkar etmək lazım deyil.
Çox istərdik ki, Ramin Musayev (PFL-Peşəkar Futbol Liqasının prezidenti 2008-2022) yenidən futbola qayıtsın. O, futbolu bilən adamdır, kənarda qalmamalıdır".
Deputatın fikrincə, ölkə futbolu adına yüksək liqada komandaların sayının artırılması ilə bağlı səslənən fikirlər inam yaradır ki, yeniliklər olacaq:
"İnanırıq ki, yeni rəhbərlik Azərbaycan futbolunda dönüş yaradacaq. Təbii ki, bu, bir ilin işi deyil. Xüsusi ilə milli komanda üçün bu proses 3-4 il çəkəcək.
Rövnəq Abdullayevdən sonra olan rəhbərlik islahatlar aparmalıdır. Aparmasa daha niyə gəlirdi ki?.. Rövnəqin "kral öldü, yaşasın kral" deyimini də çox müzakirə etmək lazım deyil".

İdman       Tarix: 05 aprel 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun


yeni xeberler azerbaycan xeberleri son xeberler enson xeberler sonxabar az krminal bu gun cəbhədən canlı