Qurban Qurbanovdan Juninyo ilə bağlı açıqlama
Misli Premyer Liqasının XXX turunda "Qarabağ" "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəlib.
KONKRET.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçı şərh edib:
"Futbolçularımı təbrik edirəm. Sıx qrafikdə oyunlarımız keçir. Oyundan qorxmadılar. Sona qədər dözmək daha önəmli idi. Xarakter göstərdilər. "Turan Tovuz" klubuna uğurlar arzulayıram. Hər bir komandanın azarkeşlərinə təşəkkür edirəm ki, gəlib, komandaları dəstəklədilər".
Musa Qurbanlının son durumu barədə Q.Qurbanov bu sözləri deyib: "Bu gün bir az ağrısı var idi. Sabah yəqin ki, müayinə olunacaq. Xroniki zədədir. Ətraflı məlumat veriləcək".
Mütəxəssis Juninyonun qayıdışı ehtimalını dəyərləndirib: "İnanmıram ki, onun bura gəlmə şansı olsun. Çempionat çox yaxşı çempionatdır, pullu çempionatdır. Yaxşı sponsorlar var. Gəlsə, yox demərəm. Son oyunlarda az oyun keçirsə də, vacib qollar vurub. Qayıdışı bir az çətindir. Bəli, yerli bazarda maraqlandığımız əcnəbi futbolçular var, lakin onların sahibləri var". (Offsideplus.az)

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA