Quru sərhədlər, ədalətli məhkəmə sistemi, dayanıqlı bank sektoru - GÜNÜN NƏBZİ

Quru sərhədlər, ədalətli məhkəmə sistemi, dayanıqlı bank sektoru - GÜNÜN NƏBZİBu gün hər hansı bir sahəyə investisiya qoymaq üçün düzgün planlama etmək vacibdir. Bəs düzgün qərar necə verilməlidir? İnsanlar daha çox hansı sahələrə investisiya qoya bilərlər?
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, konkret sahələrdən daha çox investisiya mühitinin yaxşılaşdırılmasına ehtiyac var:
Quru sərhədlər, ədalətli məhkəmə sistemi, dayanıqlı bank sektoru - GÜNÜN NƏBZİ"Azərbaycanda investisiya mühitinin özünün də yaxşılaşdırılmasına ehtiyac var. Bu zaman investisiya qoymaq istəyən insanların özləri qərar verəcəklər ki, hansı sahələr daha çox perspektivlidir. Yəni Azərbaycanın spesifikasını nəzərə alsaq, əsas sahələr turizm və kənd təsərrüfatıdır. Bu sahələrdə investisiyaların potensialının olduğunu deyə bilərik. Amma burada da bəlli maneələr var. Məsələn, turizm sahəsinə investisiya qoymaq istəyən şəxslər 3 ildir quru sərhədlərinin bağlı qalmasından əziyyət çəkirlər. Quru sərhədləri bağlı olmasaydı, investorlar bu illər əzrində sərhədyanı bölgələrdə öz biznesi ilə məşğul olmaq üçün müəyyən investisiyalar qoya bilərdi".
N.Cəfərlinin sözlərinə görə, prosesin məhkəmə sistemi ilə birbaşa əlaqəsi var:
Kənd təsərrüfatında da suvarma, dəmyə torpaqları, uzunmüddətli kreditlərlə bağlı müəyyən problemlər var. Banklar tərəfindən bu sahələrdə uzunmüddətli kreditlər çox az verilir. Yəni konkret sahələrdən daha çox ümumilikdə investisiya mühitinin yaxşılaşdırılmasına ehtiyac var. Dünya praktikasını nəzərə alsaq, bunun da əsas komponentlərindən biri məhkəmə sistemidir. İlk baxışdan qəribə səslənsə də, prosesin bununla birbaşa əlaqəsi var. Məhkəmə sisteminin ədalətli və sürətli çalışması investisiya mühitinin yaxşılaşmasına və investorların güvəninin artmasına səbəb olur ki, bu da müxtəlif sahələrdə investisiyaların artmasına kömək edə bilər.
Mövzu ilə bağlı fikirlərini bölüşən ekspert Eyyub Kərimli bildirib ki, ölkədə investisiya qoyula biləcək sahələr çoxdur:
Quru sərhədlər, ədalətli məhkəmə sistemi, dayanıqlı bank sektoru - GÜNÜN NƏBZİ"Ümumiyyətlə, Azərbaycanda həm daxili, həm də xarici bazar baxımından investisiya qoyula biləcək sahələr çoxdur. Hesab edirəm ki, belə sahələrdən ən birincisi informasiya texnologiyaları sahəsidir. Çünki bu yöndə bizdə hələ də boşluqlar var. Burada yeni texnologiyaların yaradılması, İKT-lərin inkişaf etdirilməsi, həmçinin informasiya sahəsində proqramlaşdırmanın, yeni innovativ sahibkarlığın inkişafı, yeni texnoloji inkubatorların yaradılmasına geniş imkanlar və iqtisadi şərait var.
Ölkəmizin ən çox investisiya qoyula biləcəyi digər sahə alternativə yol açan enerji sahəsidir. Burada da ölkəmizin həm külək, həm günəş, həm də su enerjisi ilə bağlı yüksək potensialı var. Azərbaycan yeni texnologiyaların tətbiqi ilə daha böyük dəyər əldə edə bilər. Üçüncü sahə isə turizmdir. Bu sahənin genişləndirilməsi üçün investisiya qoyulması mühüm gəlirlər gətirə bilər".
Ekspert hesab edir ki, bu gün qida emalı sahəsinə də investisiya qoyulması gələcək üçün geniş imkanlar yarada bilər:
"Ölkədə hələ də tam inkişaf etməyən sahələrdən biri də qida emalı və ərzaq ixracıdır. Bu gün xeyli məhsullar var ki, onları xaricə çıxara bilmirik. Bu sahədə yeni investisiyaların tətbiq edilməsi daha mühüm imkanlar yarada bilər. Qida emalı sənayesi müəssisələrinin yaradılması ölkəmizin həm də ixrac potensialına təsir edir. Çünki bizim məhsullar çox təbiidir. Onların dünya standartlarına uyğun qablaşdırılması və xarici bazarlara çıxarılması üçün investisiya tələb olunur".
İqtisadçı-ekspert Elşad Məmmədovun sözlərinə görə, Azərbaycandakı investisiyalarda bank kreditlərinin payı olduqca azdır:
Quru sərhədlər, ədalətli məhkəmə sistemi, dayanıqlı bank sektoru - GÜNÜN NƏBZİ"Azərbaycanda investisiya siyasətinin həyata keçirilməsi üçün ilk növbədə ölkədə daxili özəl effektiv investisiyalar institutunun formalaşdırılmasına və inkişaf etdirilməsinə ehtiyac var. Bu istiqamətdə işlərin görülməsi üçün ölkənin bank sektorunun müvafiq qaydada maliyyələşdirilməsi prosesi həyata keçirilməlidir. Bu gün bank kreditlərinin Azərbaycandakı investisiyalarda payı kritik dərəcədə azdır. Biz ilk növbədə məhz bank sektorunu dayanıqlı və effektiv olaraq real sektora istiqamətləndirməliyik.
Hazırda dünyada mürəkkəb texnoloji dəyişikliklər prosesi gedir və bunun nəticəsində dünya iqtisadiyyatında dayanıqlı şəkildə yeni texnoloji quruluşun formalaşması prosesi baş verəcək. Proses çərçivəsində hüceyrə texnologiyaları, nanotexnologiyaları, informasiya-kommunikasiya texnologiyaları kimi aparıcı istiqamətlər var ki, ilk növbədə onlara  investisiyalar yatırılmalıdır. Çünki bunların geridönüşü daha yüksək göstəricilərlə ifadə olunur.
Bununla yanaşı, idxalın əvəz olunması istiqamətində böyük çağırışlar var. Bu çağırışlara cavab vermək üçün investisiyalar effektiv şəkildə istiqamətləndirilməlidir. Biz emalın dərinliyinə, o cümlədən, Azərbaycanın zəngin təbii sərvətləri olan neft və qaz resurslarının emalına istiqamətlənməliyik. Burada böyük imkanlar var. Düşünürəm ki, bu imkanların reallaşdırılması Azərbaycan təbii resurs bazasının daha effektiv şəkildə istifadə olunmasına yol aça bilər".
Fidan Ali,
KONKRET.az

Sosial       Tarix: 20 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind


yeni xeberler son xeberler azerbaycan xeberleri zelzele son xeberler bugun 2026 muharibe en son xeberler cəbhədən xəbər