Qürurumuzla oynamayın!

Qürurumuzla oynamayın!Qürurumuzla oynamayın!
44 günlük Vətən Müharibəsində müzəffər Ordumuzun, qəhrəman əsgər və zabitrlərimizin şücaətini əks etdirən videopaylaşımları internet məkanında izlədikcə, hər birimiz qürur hissi yaşayırıq.
Şəhidlərimizin valideyinlərinin, doğmalarının məğrur duruşu, Vətən sağ olsun deyərək özlərinin xalqımıza səbr diləmələri bir daha bütün dünyaya sübut edir ki, Azərbaycan məğrur, qürurlu, nəcib və alicənab insanların Vətənidir. Əzalarını itirən qazilərimizin Azərbaycana, Xalqımıza, Dövlətimizə, Qarabağa qurbandır kəlmələri Milli Qürurun bu igidlərimiz üçün əməldə kəsb etdiyi ali əhəmiyyətin ifadəsidir.
Guya demokratik dəyərləri hər şeydən üstün tutduqlarını bəyan edən, əslində isə dini və etnik ayrı-seçkiliyin təşviqi ilə məşğul olan, islamofobiya və türkfobiyadan əziyyət çəkən dövlətlərin "siyasi elitaları", ayılın! Nəhayət, Azərbaycan insanının yaşadığı bu hisslərin arxasında hansı ali dəyərlərin dayandığını dərk etməyə çalışın. Anlayın ki, yalnız haqq savaşına çıxan bir xalq şəhid verməyə, övladları əzalarını itirməyə ruhən hazır ola bilər. Sizlər də haqq savaşına çıxmış olsaydınız, heç olmazsa, haqlının yanında dayansaydınız, eyni hissi duya bilərdiniz. Belə olsaydı, ən azından dildə bəyan etdiyiniz demokratik dəyərlərə bugünkü haqsız əməllərinizlə kölgə salmaq yolunu seçməzdiniz. Nə qədər geç deyil, ayılın! Azərbaycan xalqı ərazi bütövlüyünü və süverenliyini sual altına almaq çəhdlərinizi sizlərə bağışlamaz. Haqqa, tarixi ədalətə və beynəlxalq hüquqa zidd olan təşəbbüslərinizə dini təəssübkeşlik görüntüsü vermək cəhdiniz təkcə özünüz üçün deyil, bəşəriyyət və sivil dünya üçün ciddi təhlükədir. Bunu anlamaq, qırmızı xətti görə bilmək sizlər üçün bu qədərmi çətindir? Yaşadığınız cılız hisslərlə böyük dünyamızı istəsəniz də kiçildə, haqqımızı əlimizdən ala və qürurumuzla oynaya bilməzsiniz!
Bizlər üçün isə önəmli olan odur ki, 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi qələbə təkcə torpaqlarımızın işğaldan azad olunması ilə bağlı deyil. Böyük qələbələrimizdən biri də milli ruhumuza qovuşmağımızdır, Milli Qürurumuzu qoruya bilməyimizdir, bunun təməlində dayanan Ali Baş Komandan, Xalq və Ordu birliyidir.
Allah bütün Şəhidlərimizə rəhmət etsin, yaralı həmvətənlərimizə şəfa versin. Onların hər birinin valideynləri və doğmaları qarşısında baş əyirik. Bədxahlarımız bilsinlər ki, Şəhidlər ölmür, Vətən bölünmür!
Allah Prezidentimizə, Xalqımıza, müzəffər Ordumuza bundan sonra da yar olsun, Azərbaycanı sevənləri və ona xidmət edənləri qorusun!
Milli Məclisin deputatı                                                                          
Ülvi Quliyev /oxu.az

Siyasi       Tarix: 05 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber saytlari beynelxalq bank mezenne xəbərlər.com en yeni xeberler