Quş yuvası bir ailədən 4 can aldı - Təfərrüat

Quş yuvası bir ailədən 4 can aldı - TəfərrüatTərtərdə bir ailənin 4 üzvünün dəm qazından boğularaq ölməsi ilə bağlı yeni təfərrüatlar məlum olub. Hadisə Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsindəki həyət evində baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə teleqraf-a ailənin yaxınları məlumat veriblər.
Qeyd olunub ki, ailə qəsəbədə iki il imiş ki, keçmiş məcburi köçkün kimi müvəqqəti məskunlaşıbmış. Verilən məlumatat görə, hadisədən əvvəlcə qonşular xəbər tutublar. Saat 10-11 radələri olsa da, evdən heç kimin çıxmadığını görən qonşular mənzilə daxil olub və ailənin 4 üzvünün vəfat etdiyini aşkar ediblər.
Bildirilib ki, meyitlər tibb ekspertiza üçün prokurorluğa göndərilib. Onlar yaxınlarının dəfn olunduğu Bəyəmsarov kənd qəbirstanlığında torpağa tapşırılacaqlar. Ehtimal edilir ki, ailənin ölümünə səbəb qaz sobası olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, polis işçiləri və əməliyyatçılar gəliblər, araşdırma aparılır.
Sarov kəndinin icra nümayəndəsi Surxay Hüseynov deyib ki, qonşular dəmirdən düzəldilən qapını qıraraq evə daxil olublar:
"Qonşular pəncərədən baxaraq görüblər ki, ailənin bütün üzvləri yorğan-döşəkdədir. Dəmirdən düzəldilən qapını qıraraq evə daxil olublar. Onlar iki ildir ki, qəsəbədə yaşayırdılar. Sarov kəndinə Bəyimsarovdan, yəni qonşu kənddən gəlmişdilər. İlkin ehtimala görə, hadisəyə səbəb qaz sobasının borusunda quşun yuva qurması olub. Havalar isti olduğu üçün sobadan istifadə edilməyib. Bu yaxınlarda yağışlı havalarda yenidən istifadə etməyə başlayıblar. Soba istifadə edilmədiyi müddətdə quş tərəfindən onun borusunda yuva qurulub və yuva da samanla dolub. Hadisədən sonra soba söküləndə saman çöpləri aşkar edilib və sobanın yanar vəziyyətdə olduğu müəyyən edilib".
Kənd icra nümayəndəsi ailə başçısının fərdi işlərlə məşğul olduğunu vurğulayıb:
"Ailənin başçısı təsərrüfatla məşğul olurudu. Əkin əkər, kartof sahələri salar, lazım olanda ağac da əkərdi. Bir sözlə, zəhmət adamı idi. Dəfn mərasimi Bəyimsarov kəndində olacaq".
***
Tərtər rayonunda bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib.
Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü – Rüfət Mais oğlu Tağızadə, onun həyat yoldaşı Əfsanə Fəqan qızı Tağıyeva, onların övladları Ümid Rüfət oğlu Tağızadə və Sürəyya Rüfət qızı Tağızadə yaşadıqları evdə dəm qazından boğularaq həyatlarını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Hadisə       Tarix: 22 aprel 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşl

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla

Tanınmış həkim ürək çatışmazlığından vəfat etdi

Göygöl rayonunda həkim Sahib Rəsulov 73 yaşında vəfat edib. xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib. Sahib Rəsulov 1978-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirib. O, uzun illər tibb sahəsində çalışara

Ödənişli yolda yük maşını aşdı - Ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yol-nəqliyyat qəzasının baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. KONKRET.azxəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Sumqayı

Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi

Bakıda "İST Cars" avtosalonundan aldığı avtomobilin nasaz olduğunu iddia edən Leyla Bayramova ilə salon rəhbərliyi arasında yaranan mübahisə məhkəməyə qədər gedib. Avtosalon rəhbərliyinin Bayramova barəsində böhta

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı "AzSamand"

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:


azerbaycan xeberleri son xeberler yeni xeberler son xabarlar xabarlar xankendi son xeber az