Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Bakıda "İST Cars" avtosalonundan aldığı avtomobilin nasaz olduğunu iddia edən Leyla Bayramova ilə salon rəhbərliyi arasında yaranan mübahisə məhkəməyə qədər gedib. Avtosalon rəhbərliyinin Bayramova barəsində böhtan və təhqir ittihamları ilə verdiyi xüsusi ittiham şikayəti isə məhkəmələr tərəfindən təmin edilməyib.
KONKRET.az-ın məlumatına görə, mübahisə Leyla Bayramovanın aldığı avtomobillə bağlı narazılığını sosial şəbəkələrdə və müxtəlif media platformalarında yaymasından sonra yaranıb.
Bayramovanın iddiasına görə, o, "İST Cars" avtosalonundan 2022-ci il buraxılışlı "Jeep Compass" markalı avtomobil alıb və bunun üçün 52 500 manat ödəyib. Lakin avtomobilin alındığı gündən nasaz olduğunu və qüsurların əvvəlcədən gizlədildiyini bildirib. Şikayətçi avtomobili geri qaytara və ödədiyi pulu ala bilmədiyini iddia edib.
Avtosalon rəhbərliyi isə Bayramovanın "TikTok" sosial şəbəkəsindəki "ayka.real" hesabında, eləcə də bir sıra media resurslarında yaydığı paylaşımlardan narazı qalıb. Şikayətçinin iddiasına görə, həmin paylaşımlarda avtosalonun nasaz avtomobillər satdığı, müştəriləri aldatdığı və dələduzluq etdiyi barədə fikirlər səsləndirilib. Avtosalon rəhbəri bu ifadələrin onun işgüzar nüfuzuna zərər vurduğunu bildirib.
Bununla əlaqədar xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilərək Leyla Bayramovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb olunması istənilib.
İşə baxan Suraxanı Rayon Məhkəməsi şikayəti icraata qəbul etməkdən və məhkəmə baxışı təyin etməkdən imtina edib. Məhkəmə müəyyən edib ki, xüsusi ittiham şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun hazırlanmayıb.
Belə ki, şikayətdə ərizəçinin doğum ili, məşğuliyyəti və vəzifəsi barədə məlumatlar göstərilməyib. Bundan başqa, Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri üzrə ittihamların hüquqi əsasları ayrıca və lazımi qaydada açıqlanmayıb. Həmçinin hər bir maddə üzrə tələb olunan cəza ilə bağlı tələb də düzgün ifadə edilməyib.
Suraxanı Rayon Məhkəməsinin qərarından narazı qalan şikayətçi tərəf Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin apellyasiya instansiyası da şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Beləliklə, avtosalon rəhbərliyinin Leyla Bayramova barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışı keçirilməyib. Məhkəmələrin qərarı şikayətin prosessual tələblərə uyğun tərtib edilməməsi ilə bağlı olub.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İranın daxili işlər naziri Azərbaycan Prezidentinə təşəkkür edib
Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
Azərbaycanda ən yüksək maaşı kimlər alır?
Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
"Real Madrid"in ulduzu bu komandaya gedir
"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
Qarabağdan Qars müqaviləsinə qədər – Türkiyə ilə danışıqlar Ermənistanda qalmaqal yaratdı
Dollar bu gün neçəyə satılır?
Qaradağda məktəb direktorunun maşını yandırıldı
Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib
İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi
Türkiyədə mikroavtobus aşıb, 20-dən çox insan xəsarət alıb