Quterrişdən XƏBƏRDARLIQ: "Bunlar kifayət deyil..."

Quterrişdən XƏBƏRDARLIQ: "Bunlar kifayət deyil..."Ümumi Daxili Məhsulun (ÜDM) Dünya İqtisadiyyatında ümumi həcminin 70 faizini, qlobal miqyasda atmosferə atılan zərərli tullantıların isə 65 faizini təşkil edən ölkələr karbon neytrallığına nail olmağı öhdələrinə götürüblər.
Publika.az BMT-nin Xəbərlər xidmətinə istinadla bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterriş Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək 26-cı İqlim Sammitinin hazırlıq ərəfəsində beynəlxalq ictimaiyyəti məlumatlandırarkən söyləyib.
"Karbon neytrallığı" və ya "sıfır emissiya səviyyəsi" o deməkdir ki, karbon qazı emissiyalarının həcmi okeanların və meşələrin uda bildiyi həcmdən yüksək olmur. Qlobal istiləşmə prosesini ləngitmək üçün atmosferə buraxılan istixana qazı tullantılarının miqdarını əhəmiyyətli dərəcədə azaltmaq lazımdır. Məhz buna görə indi bir çox ölkələr sıfır emissiyaya nail olmaq niyyətində olduqlarını bəyan edirlər.
Baş katib son iki ildə bu məsələdə əhəmiyyətli irəliləyişlərin olduğunu bildirib.
"Lakin bütün bunlar Paris iqlim razılaşmasının tələb etdiyi kimi 1,5 dərəcə istiləşmə üçün kifayət deyil", - deyə Quterriş xəbərdarlıq edib. O, iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərini genişləndirməyə və onların maliyyələşdirilməsi məsələsini həll etməyə çağırıb.
Niyə daha çox ölkə "karbon neytrallığına" nail olacaqlarını vəd edir?
"Karbon neytrallığına nail olmağa çalışmaq hər bir ölkə və şirkət, hər bir şəhər və maliyyə institutu, habelə aviasiya, gəmiçilik, sənaye və kənd təsərrüfatı kimi iqtisadiyyatın bütün sahələri üçün normaya çevrilməlidir", - deyə BMT-nin rəhbəri vurğulayıb. Eyni zamanda, onun sözlərinə görə, götürülən bütün öhdəliklər konkret xarakter daşımalı və "yerinə yetirilən dəqiq" planlarda öz əksini tapmalıdır. "Burda artıq yalnız sözlər kiifayət deyil", - deyə o bəyan edib.
Baş katib iqlim üzrə 26-cı zirvə toplantısınadək bütün ölkələri müvafiq sənədləri təqdim etməyə çağırıb. Onun fikrincə, bu məsələdə dünyanın ən iri iqtisadiyyatları nümunə olmalıdır. İnkişaf etməkdə olan ölkələr, xüsusən də kiçik ada və ən az inkişaf etmiş dövlətlər iqlim dəyişikliyinin təsirlərini azaltmaq istiqamətində tədbirlərin gücləndirilməsi üçün lazımi maliyyə dəstəyi almalıdırlar.
O, mərhələli şəkildə kömürdən imtina etməyə, 2040-cı ilədək isə bütün dünyada kömürdən istifadə etməyi tam dayandırmağa çağırıb. Antoniu Quterriş əmindir ki, kömürün və digər yanacaq növlərinin hasilatının maliyyələşdirilməsi dayandırılmalıdır, yerdə qalan vəsait isə, ekoloji cəhətdən təmiz energetika sektorunun inkişafına yönəldilməlidir.
BMT üçün daha bir digər vacib və prioritet məsələ iqlim dəyişikliyinin nəticələrinə uyğunlaşmaqdır. Baş katib donorları iqlim dəyişikliyinə qarşı mübarizəyə ayrılan məbləğdən 50 faizini sözügedən uyğunlaşma prosesinə ayırmağa çağırıb. O, Hollandiya, eləcə də Afrika İnkişaf Bankı və Dünya Bankı tərəfindən bu istiqamətə atılan addımları alqışlayıb. Quterriş əlaqədar qurumları "yaşıl" energetikaya keçid tədbirlərinin maliyyələşdirən fondlara daha fəal dəstək olmağa çağırıb.
BMT rəhbəri hesab edir ki, "Qlazqoda keçirilmiş iqlim sammiti öncəsi danışıqların əhəmiyyəti danılmazdır". O xatırladıb ki, pandemiyaya görə bu görüşlər yəqin ki, virtual formatda keçiriləcək, lakin bu, onların nəticələrinə təsir göstərməməlidir. "Məqsədimiz çox ciddidir", - deyə o vurğulayıb.
BMT-nin başçısı bütün ölkələri və institutları danışıqlar prosesində fəal iştirak etməyə çağırıb. "Ümumi qələbə naminə hər kəs kompromislərə hazır olmalıdır", - deyə Quterriş əminliklə bildirib. O bir daha xatırladıb ki, dünya birjaları artıq uzun müddətdir ki, hökumətlərdən emissiya və karbon qazı siyasəti ilə bağlı açıqlamaları gözləyir. "Bu məsələni sammitdən sammitədək təxirə salmaq olmaz. Siyasi qərar qəbul etmək lazımdır", - deyə BMT-nin başçısı xəbərdarlıq edib.
Sonda o, Paris sazişinə qoşulmayan müşahidəçilər və tərəflərin, eləcə də gənclərin, qadın təşkilatlarının və yerli xalqların nümayəndələrinin sammitdə iştirakının vacibliyini qeyd edib. "Bizə cəmiyyətin hər bir üzvünün səsi lazımdır", – deyə BMT-nin Baş katibi bildirib.

Dünya       Tarix: 10 fevral 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qazaxıstanda GƏRGİN GECƏ: etirazçılar polisi döydülər, maşınlara OD VURDULAR - VİDEO

Almatıda Respublika meydanında etirazçılar polis əməkdaşını döyüb və hüquq-mühafizə orqanlarının əməkdaşlarının avtomobillərini yandırıblar. xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirili

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

Moskvadan Bakı və İrəvanla bağlı KRİTİK AÇIQLAMA: "Vahid paket tamamlanır"

"İrəvanla Bakı arasında kommunikasiyanın açılmasına dair vahid sənədlər paketi tamamlanma mərhələsindədir". xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye

SON DƏQİQƏ: Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Almatı və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib. "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bununla bağlı ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 5-

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib


yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeber bugun ən son xəbərlər bugün bugun xeberler xeberler bu gun