Rafet El Roman: "Türkiyə-Azərbaycan qardaşlığı hər zaman möhkəm olub
Rafet El Roman: "Türkiyə-Azərbaycan qardaşlığı hər zaman möhkəm olub"
"Gəncədə olmaq mənim üçün qürurvericidir".
Bunu türkiyəli müğənni Rafet El Roman "Report"a müsahibəsində bildirib.
Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunan konsert proqramında çıxış etmək üçün Gəncəyə səfər edən Rafet El Roman bu şəhərdə olmaqdan qürur duyduğunu vurğulayıb:
"Mən ikinci dəfədir ki, Gəncə şəhərinə səfər edirəm. Gəncədə olmağımdan çox şadam, bu, mənim üçün qürurverici hissdir. Türkiyə-Azərbaycan qardaşlığı hər zaman möhkəm olub. Ümid edirəm ki, iki dövlət arasındakı əlaqələr daha da möhkəmlənəcək. Gəncəni və gəncəliləri çox sevirəm. Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan konsert proqramında çıxış etmək üçün Gəncəyə səfər etmişəm. Sevilən mahnılarımla çıxış edəcəyəm və buna görə çox şadam".
Qeyd edək ki, Heydər Əliyev parkındakı "Zəfər Tağı"nın önündə keçirilən möhtəşəm konsert proqramında minlərlə insan iştirak edib. / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi