Rafet El Romandan uşaq sahibi olmamaq üçün gözlənilməz və hər kəsi şoka salan addım - FOTO
Rafet El Romandan uşaq sahibi olmamaq üçün gözlənilməz və hər kəsi şoka salan addım - FOTO
Üç uşaq atası olan məşhur türkiyəli ifaçı Rafet El Roman gözlənilməz addımı ilə hər kəsi təəccübləndirib. Belə ki, o, bir daha övlad sahibi olmamaq üçün vazektomiya (artıq uşaq istəməyən cütlüklərdə toxum (sperm) kanallarının bağlanması) əməliyyatından keçib.
İfaçı bunu qızlarının xatirinə etdiyini deyib:
"Bunu ilk dəfə etiraf edirəm. Artıq övladım olmayacaq. Altı il bir yerdə olduğum Yeşim xanımdan oğlum Edvan dünyaya gələndə qızlarım psixoloji cəhətdən çətin bir dövr keçirdilər.
Anam mənə bu məsələdə xəbərdarlıq etdi. Biz də ailə məclisi keçirdik. Qızlarım, bacılarım və anamla danışaraq tibbi olaraq öz seçimimlə tədbir görmüşəm. Övladlarımın, ailəmin rahatlığı üçün bunu könüllü etdim", - deyə o vurğulayıb.
Qeyd edək ki, Rafet El Romanın ilk evliliyi model və aktrisa Tuğba Altıntopla olub. Bu evlilikdən onların Su Elnur və Şevval Su adlı qızları dünyaya gəlib. Onların evliliyi 7 il çəkib - cütlük 2003-cü ildə boşanıb.
İfaçının 2010-cu ildə sevgilisi Yeşim Eryıldırımdan Edvan adında oğlu dünyaya gəlib.
"Uşaqlarımla və onların anaları ilə çox yaxşı anlaşırıq. Xırda problemlər olsa da, hamısına hörmətlə yanaşıram. Çox şanslıyam ki, övladlarım məni heç vaxt incitməyiblər. Uşaqlarım məni çox sevirlər və aramızda böyük bir sevgi bağı var. Onlar bir-birilərinə münasibətdə də belədirlər.
Övladlarımın anaları ilə həqiqətən gözəl, səmimi dostluğumuz var. Hər ikisinə minnətdaram və ömrümün sonuna qədər də belə qalacağam. Mən boşanarkən təəssüf ki, çox yanlış vəziyyətlər yaşandı və məni qınayanlar oldu. Amma baş verənlər mediada göstərildiyi kimi deyildi. Mən heç vaxt qızlarımı analarından qaçırıb, görmələrinə mane olan ata olmamışam".
Qeyd edək ki, 55 yaşlı müğənni hazırda özündən 24 yaş kiçik Yasemin Gergeçlə eşq yaşayır.
Mənbə: Takvim / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var