"Rakuv" bərk komandadır" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq klubu "Linkoln"u 4:0 hesabı ilə məğlub etdikləri cavab görüşündən sonra mətbuat konfransı keçirib.
KONKRET.az xəbər verir ki, 51 yaşlı mütəxəssis oyundan-oyuna daha yaxşı forma yığacaqlarına inandığını bildirib:
"Futbolçularmı təbrik edirəm. Böyükhesablı qələbə olsa da, rəqib mübarizədən əl çəkmirdi. Futbolçularım sona kimi çox güc sərf etdilər. Sonda yaxşı qalibiyyət oldu. Yaxşı atmosfer yaratdıqları üçün azarkeşlərə təşəkkür etmək istəyirəm".
O, müdafiəçi Kevin Medinanın start heyətində yer almamasının başqa komandaya keçməsi ilə əlaqədar olmadığını söyləyib: "Medina ilə ciddi maraqlanırlar. Amma Medina hələ bizimlədi. Bu gün əsas heyətdə oynamaması da sırf bununla bağlı deyildi".
Baş məşqçi növbəti raunddakı rəqib "Rakuv"un fərqli üsluba malik olduğunu vurğulayıb: "Hər bir rəqibin bizə qarşı yaşatdığı çətinliklər var. Hər komanda fərqli oyun sistemində çıxış edir. "Linkoln"u məğlub etmək heç də asan olmadı. "Rakuv"a qarşı dəyişiklik olmalıdır. Onlar fərqli oyun sistemində çıxış edirlər, bərk komandadır. "Rakuv" ciddi rəqibdir. Polşa futbolundan tam fərqli oyun fəlsəfələrinə malikdirlər. Onları yaxından tanımaq üçün 5-6 gün vaxtımız olacaq. Başda mən olmaqla, bu oyuna yaxşı hazırlıq keçəcəyik".
Qurbanov yarımmüdafiəçi Yassin Benziyanın hələ optimal formada olmadığını deyib: "Benziyanın ustalığına heç vaxt şübhəm olmayıb. Sadəcə, uzun müddət kənarda qaldığı üçün idman formasından uzaqlaşmışdı. Bizə gəldikdən sonra da iki dəfə zədələnmişdi. Bu gün də 90 dəqiqə meydanda saxlamadıq. Çünki hazır deyil. Daha 3-4 belə oyun keçirsə, əsl Benziyanı görəcəyik. Bu gün tam razı deyiləm. Onu tələsmədən yaxşı səviyyəyə gətirməyə çalışırıq".
Təcrübəli mütəxəssis müdafiəçi Bəhlul Mustafazadənin bu görüşdə hücuma daha çox atıldığını bildirib: "Standart vəziyyətlərdən sonra hücumda görünürdü. Standart vəziyyətlər zamanı düzgün mövqe seçə bilir. Bu da onun üstünlüyüdür. Hücuma daha çox getməsini deməmişdim. Amma hücumların başlamasında rol oynamasını tapşırmışdıq".
Qurbanov ən böyük arzusunun "Qarabağ"ı ildən-ilə irəli aparmaq olduğunu deyib: "Bu komandanın həmişə mübariz kollektiv olmasını istəmişəm. Azərbaycan futbolunda bu komandanın adı tam fərqlənir. Mənim bir istəyim, məsuliyyətim olub – nə qədər güc sərf etmək lazımdırsa, onu da edəcəyəm ki, komandanın uğurları olsun. Hər il bir pillə irəli getmək arzumuzdur. Nə dərəcədə nail olduğumuzu oyunlarda görürsünüz".
Baş məşqçinin azarkeşlərdən istəyi futbolçulara qarşı pozitiv reaksiyalar göstərmələridir: "Çox istərdim ki, azarkeşlərdən futbolçulara qarşı həmişə pozitiv reaksiya olsun. Futbolçular normal insandır, böyük yükün altına girirlər. Milyonlar onlardan böyük uğurlar gözləyirlər. Onlar bacardıqlarından artığını etməyə çalışırlar. İşgüzar, özlərinə qarşı tələbkardırlar. Azarkeşlər təkcə "Qarabağ"a yox, azərbaycanlı futbolçulara qarşı pozitiv reaksiya göstərmələrini istəyirəm. Azarkeşin şəxsi düşüncəsi, istəyi olur. Belə hallar futbolu daha da gözəlləşdirir. Bəzi komandalara bu, müsbət təsir göstərir".
Qurban Qurbanov hücumun mərkəzində problem yaşamadıqlarını düşünür: "Dünya futbolunda çox az klubda mərkəz hücumçusuna rast gələ bilərik. İndi futbol tam fərqlidir. Bəzi klublara mərkəz hücumçusu lazım olmur. Bu gün Redon Cicanı orada istifadə edirik. Juninyonu almışıq, Keyta da həmin mövqedə çıxış edə bilər. Mərkəz hücumçusu ilə bağlı sıxıntı yaşamırıq. Ön xətdəki oyunçulardan razıyam".
"Qarabağ"ın baş məşqçisi transfer çalışmalarını davam etdirdiklərini sözlərinə əlavə edib: "Transfer bazarı işimizin ən vacib hissələrindən biridir. Daim yeni oyunçular axtarırıq. Hər bir məşqçi öz düşüncəsinə uyğun futbolçu axtarır. Bəzən hansısa transferin reallaşması üçün illər gözləməli olursan. Hazırda da transfer işlərimiz davam edir. Bir neçə futbolçu ilə danışıqlar gedir. Bu, müdafiə, yarımmüdafiə və hücum xəttinə ola bilər. Onları uzun müddətdir izləyirik. Bəzən düşünmədiyin anda transfer alınmır. 20-25 gün əvvəl başımıza belə hal gəldi. Futbolçunun biletini də almışdıq, səhər Bakıda olmalı idi. Amma sonda keçid baş tutmadı. Bəzən bizdən asılı olmayan məqamlar yaşanır. Transfer ola da bilər, olmaya da".

İdman       Tarix: 20 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbər az beynelxalq bank mezenne dunya xeberleri xeber.az son xeberler