Ramazanda diqqət edilməli 10 VACİB MƏQAM

Ramazanda diqqət edilməli 10 VACİB MƏQAMRamazan ayının əvvəlində olduğumuz bu günlərdə aclıq dövrünün uzun olması səbəbindən iftar və sahurda yemək-içmək qaydası çox önəmlidir.  Yavaşlayan maddələr mübadiləsindən təsirlənməmək və enerji tarazlığını təmin etmək üçün diqqət yetirilməli məqamlar var.
Ramazan ayında edilməməli olan 10 vacib məqamı diqqətinizə çatdırır. 
Sahura qalxmadan oruc tutmayın
Ramazanda sahura qalxmadığınız zaman bədən çox uzun müddət ac qalır. Bu, əzələlərin parçalanmasına səbəb olur və maddələr mübadiləsini yavaşladır. Kökəlməyin ən əhəmiyyətli faktorlarından biri də məhz maddələr mübadiləsinin yavaşlamağıdır.
Kalorili qidalarla bəslənməyin
İftar və sahurda kaloriliqidalardan çəkinmək lazımdır. Səhər yeməyi üçün, mürəbbə, şokolad, bal, bəkməz, yağlı pendir  yerinə, ağ pendir, pomidor, xiyar, göyərti, zeytun miqdarını şişirtmədən istehlak edilməlidir. Yumurta həm çox keyfiyyətli zülal qaynağı, həm də doyurucu xüsusiyyəti olduğu üçün üstünlük verilməlidir.
Qızartma və xəmir yeməkləri yeməyin
Sahurda və iftarda qızartma və xəmir xörəkləri istifadə edilməməlidir. Xüsusilə sahurda istehlak edilən belə yeməklər yatmadan əvvəl yeyildiyi üçün həzmsizlik və mədə narahatlığına səbəb ola bilər. Həmçinin gecələr maddələr mübadiləsinin yavaşladığını nəzərə alsaq, gecə yeyilən əlavə kalorili qidalar kökəlməyə səbəb olacaq.
Düyü və makaron istehlak etməyin
Ən keyfiyyətli karbohidrat çörək olduğu üçün düyü, makaron və bulqur plovu yerinə buğda çörəyinə üstünlük verilməlidir.  Buğda çörəyi kimi keyfiyyətli çörəklər həm toxluq hissini artıracaq, həm də qan şəkərinin ani artımına səbəb olmayacaq. Mütəxəssislərin fikrincə, plov, makaron və bulğur plovundan birini yeyəcəksinizsə, mütləq bulğur plovunu seçməlisiniz. 1 dilim çörəyi, 3 xörək qaşığı düyü, makaron və bulğurla əvəzləyə bilərsiniz.
Ağ çörək istehlak etməyin
Bəyaz undan hazırlanmış çörəklər Ramazan ayında ən çox istehlak edilən məhsullardan biridir. O şəkərin və təzyiqin ani artmasına səbəb oloa bilər. Bu səbəbdən də ağ çörək yeyən zaman dadına baxmağınız kifayətdir. 
İftarda dərhal əsas yeməyə keçməyin
Toxluq siqnalı beynə 20 dəqiqədən sonra çatdığı üçün iftar edib şorba içdikdən sonra 15 dəqiqəlik fasilə verilmək lazımdır. Bu fasilədən sonra əsas yeməyə keçə bilərsiz. İftar zamanı əsas yeməkdən əvvəl fasilə vermək nəinki yavaş yeməyi təmin edir, həm də porsiyaya nəzarəti asanlaşdırır. Bundan əlavə, qidalanmağa şorba ilə başlamaq təzyiqin qəfil qalxmasının qarşısını alır.
Salatsız iftar süfrəsində oturmayın 
Salat mədənin həcmini doldura bilər və daha çox kalorili qidalar yeməyin qarşısını ala bilər. Bundan əlavə, salatdan alınacaq lif bağırsaq tənbəlliyini aradan qaldırmağa kömək edir. Salatınıza 1 çay qaşığı yağ əlavə etməyi unutmayın. Ancaq daha çox yağ salatın kalorisini artıracaq.
Şirniyyatı çox yeməyin
Çalışın desertdən alınan kalorini vitamin və minerallarla zəngin olan meyvələrlə əvəzləyəsiniz. Şirniyyat istehlak edəcəksinizsə, şərbətli desertlər yerinə südlü desert və ya dondurma yeyin. Ancaq yeməkdən dərhal sonra meyvə və ya şirniyyat yemək olmaz. Unutmayın ki, ən azı 2 saat ara verərək istehlak etməlisiniz.
Əzələ itirməyin
Protein qeyri-kafi istehlak edildikdə, əzələ zəifləməsi baş verə bilər. Bu səbəbdən Ramazan ayında zülal ehtiyacının qarşılanması vacibdir. İftar, sahur və ya qəlyanaltılarda protein mənbəyi; süd və süd məhsulları istehlak edilə bilən qidalar arasındadır. Bu yolla şirniyyata olan ehtiyacı ödəmək mümkündür. Bağırsaq tənbəlliyini azaltmaq və lazımi zülal almaq üçün kəfirdən də istifadə etmək faydalıdır. 
Susuz qalmayın
Oruc tutan zaman bədən susuz qalır. Bunun qarşısını almaq üçün iftarla sahur arasında 10-12 stəkan su içmək faydalıdır. Ramazan ayında çay və qəhvə istehlakınızı mümkün qədər azaldın.
///Baku.ws / azxeber.com

Sosial       Tarix: 23 mart 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbərlər xeberler bugun cəbhədən yeni xəbərlər cəbhədən şad xəbər