Ramil Şeydayev bu klubumuzla MÜQAVİLƏ İMZALADI
"Sabah" Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə müqavilə bağlayıb.
Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqaviləyə əsasən, 23 yaşlı hücumçu mövsümün sonuna kimi sözügedən komandanın uğurları üçün çalışacaq. Şeydayev "Sabah"da 99 nömrəli formada çıxış edəcək.
Ramil futbolçu karyerasına Rusiyanın "Zenit" klubunda başlayıb. O daha sonra Sankt-Peterburq təmsilçisinin əsas komandasının, Rusiyanın "Rubin", "Krılya Sovetov", "Dinamo" (Moskva), Türkiyənin "Trabzonspor", Slovakiyanın "Jilina" klublarının və ölkəmizdə "Qarabağ"ın uğurları üçün çalışıb.
Şeydayev Rusiya millisinin aşağı yaş qruplarının, həmçinin bu ölkənin 21 yaşadək futbolçulardan ibarət komandasının üzvü olub. 2016-cı ildən Azərbaycan yığmasının şərəfini qoruyan Ramil əsas millimizdə keçirdiyi 26 oyunda 4 qola imza atıb. /publika.az

ABŞ-ın İrana əsas tələbləri açıqlandı: Razılaşma buna görə baş tutmur
Macarıstan prezident postuna namizəd axtarır - Şahmat ustası imtina etdi
Bakıda "Neftçi"yə 2 qol vuran Vardanyandan açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
İran 7 ölkəyə hücumla bağlı xəbərdarlıq etdi
"Dövlət şirkətlərində maaşlar baş nazirin maaşından yüksək ola bilməz" — Macar
Gəncədə iki bacını avtomobil vurdu
Neft bahalaşdı: Brent 96 dolları keçdi
Rusiyalı qapıçı matç zamanı öldü
"Barselona" yeni hücumçu aldı
"Zirə" ilk matçda "Payde"yə məğlub oldu - Konfrans Liqası
Bu universitetə magistr qəbulu ləğv edildi
Azərbaycan nefti 109 dolları keçdi
Yevlax sakini həmyerlisini qətlə yetirib
Göyçayda piyadanı maşın vurdu