Ramin Bayramlı pandemiyada 70 milyon manat qazanıb? - YENİ FAKTLAR
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq sədri Ramin Bayramlının "SPEKTR MED" şirkəti ondan alınıb. Şirkət əvvəlcə fiziki şəxsin adına rəsmiləşdirilsə də, daha sonra "Avromed" şirkətinə verilib.
azxeber.com xəbər verir ki, Bakupost.az-a TƏBİB sədri olduğu dövrdə Ramil Bayramlının "Spektr Med" şirkəti vasitəsilə həyata keçirdiyi əməliyyatlarla bağlı yeni məlumatlar daxil olub.
Belə ki, R.Bayramlı pandemiya dövründə vəzifəsindən sui-istifadə edərək, dövlət satınalmalarını "Spektr Med" şirkəti vasitəsilə həyata keçirib. O, TƏBİB sədri kimi laboratoriya cihazları və reaktiv-reagent istehsal edən məşhur şirkətlərin xarici nümayəndələri ilə şəxsən görüşərək "Spektr Med"i tərəfdaş kimi tanımalarını tələb edib. Ramin Bayramlı bunun qarşılığında həmin şirkətlərlə laboratoriya cihazları və digər tibbi avadanlıqların alqı-satqısı ilə bağlı iribüdcəli müqavilələr bağlanacağını vəd edib.
Beləliklə, pandemiya dövründə Azərbaycanda dəyəri milyonlarla dollarla ölçülən avadanlıqların alınması faktiki olaraq, Ramin Bayramlıya məxsus olan "Spektr Med" vasitəsilə həyata keçirilib.
Əldə etdiyimiz məlumata görə, həmin illərdə 650 bahalı tibbi cihaz və digər avadanlıqlar alınıb. Bu alqı-satqı əməliyyatları nəticəsində qısa müddət ərzində "Spektr Med"in büdcəsi 70 milyon manata yüksəlib.
Qeyd edək ki, R.Bayramlının TƏBİB rəhbərliyindən uzaqlaşdırılmasında bu məsələnin də ciddi rol oynadığı vurğulanır.
R.Bayramlı 2021-ci il sentyabrında 12-də öz ərizəsi ilə TƏBİB-in sədri vəzifəsindən azad olunub.
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR