Ramiz Mehdiyev-Əli Kərimli tandeminin arxa planı

Ramiz Mehdiyev-Əli Kərimli tandeminin arxa planıPrezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan istintaqla bağlı məlumatlar, əlbəttə və təbii olaraq qorunur.
Lakin Ramiz Mehdiyevin kütləvi informasiya vasitələrinə sızmış və ilkin variantı Əli Kərimlinin siyirməsindən də çıxan məktubunun ünvanından bəlli olur ki, işin bir ucunda Moskva dayanır.
Bu nüans istər-istəməz diqqəti 2013-cü ildə keçirilmiş prezident seçkiləri ərəfəsində yaranan "Ziyalılar Forumu", "Milyarderlər İttifaqı", "Milli Şura" kimi qurumlara yönəldir. Mərhum Rüstəm İbrahimbəyovun ismi ətrafında yaradılan həmin qurumların necə ərsəyə gətirildiyini, Azərbaycanda milli azadlıq hərəkatının protest elektoratına çevrilmiş kəsiminin kimlərin vasitəsi ilə manipulyasiya edildiyini, zənnimcə, xüsusi xatırlatmağa ehtiyac yoxdur. Fəqət bu gün, istərsə də 12 il öncə baş verən olaylar siyasi təhlilçiləri milli azadlıq prosesində Rusiya trayektoriyası barədə düşünməyə sövq edir.
SSRİ-nin süqutundan bəhs edən araşdırmalardan, memuarlardan və sənədli filmlərdən bilirik ki, ötən əsrin 80-ci illərindən etibarən sovet imperiyası dağılmaq mərhələsinə keçib. Bu proqnoz sovet elitasının dar və qapalı dairələrində müzakirə olunub və gələcəkdə müstəqillik qazanacaq respublikalara Kremlin necə təsir göstərəcəyi barədə planlar hazırlanıb. Bu planlardan birinin də 1980-ci illərin sonlarında vüsət alan milli azadlıq hərəkatlarını DTK xəfiyyələri vasitəsilə kontrolda saxlanılması olduğu artıq heç kimə sirr deyil. Şərqi Avropa, Baltikyanı ölkələr, Gürcüstan, Moldova və Orta Asiya respublikalarında analoji taktikalardan istifadə olunması arxiv mənbələri və politoloji tədqiqatlarda təsdiqlənir. Polşa müstəqillik hərəkatının lideri, Nobel Sülh Mükafatı laureatı Lex Valensanın sovet xüsusi xidmət orqanları ilə əməkdaşlığı təsdiqini tapmış və bütün dünyada bilinən faktdır. Moldavada, Ukraynada, Gürcüstanda, Ermənistanda, Latviya və Litvada da DTK eyni metodlarla işləyib. Estoniyada Xalq Cəbhəsinin 40-a yaxın liderinin də təşkilata ya DTK tərəfindən yerləşdirildiyi, ya da prosesin gedişində ələ alındığı üzə çıxıb.
Bəs, Azərbaycan Xalq Cəbhəsində?
"Azərbaycan Xalq Cəbhəsini DTK yaratmışdı"- bu bəyanatın müəllifi meydan hərəkatının ilk liderləri sayılan Nemət Pənahlıdır. İş ondadır ki, Nemət Pənahlının özü də dəfələrlə DTK agenti olmaqda suçlanıb. Köhnə qəzet-jurnalları bir yana qoyub, Google vasitəsi ilə axtarış apardıqda onun barəsində müvafiq mövzuda xeyli bəyanat ortaya çıxır. Məsələn, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bir müsahibəsində deyir: "Məlum oldu ki, Nemət Pənahlı hələ yeniyetmə yaşlarından KQB ilə əlaqədə imiş".
Xalq Cəbhəsinin daha bir ünlü lideri Etibar Məmmədov olub. O, 20 yanvar qətliamından sonra Moskvaya gedib və orada Azərbaycan Nümayəndəliyində mətbuat konfransı keçirmək istəyib. SSRİ paytaxtında KQB-nin "Alfa" qrupu tərəfindən həbs olunub və aylarla "Lefertova" zindanında saxlanılıb. AXC-də onunla rəqabət aparan cinah- "liberallar" həbsdən azad olunduqdan sonra deputat seçilən Etibar Məmmədovun tutulmasını və azadlığa buraxılmasını KQB-nin fəaliyyət metodlarının klassik nümunəsi hesab edirdilər. Bütün hallarda, AMİP lideri siyasətlə məşğul olduğu zamanlarda dəfələrlə "KQB" zindanından təmiz çıxmaq mümkün idimi" sualı ilə üzləşib.
Hərəkatda Etibar Məmmədova qarşı qanadın lideri sayılan İsa Qəmbər də eyni qəbildən olan iddialara məruz qalıb. 1990-cı illərin qəzetlərində onun Yevgeni Primakovun təsir dairəsində olmasından bəhs edilib, eyni zamanda, bilavasitə DTK ilə əməkdaşlıq etdiyi söylənilib və nəticədə illərlə sürən qalmaqallar yaranıb. Çoxları xatırlayır ki, bu rəylər dərc olunduqdan sonra Müsavat başqanı bir neçə dəfə məhkəməyə də müraciət edib. İsa Qəmbərin həmin dönəmlərdə ADP rəhbərliyində təmsil olunan Qurban Məmmədovla çəkişməsi yəqin ki çoxlarının yadındadır.
AXC-nin tanınmış təmsilçilərindən olan, Elçibəy hakimiyyəti zamanı MTN-də yüksək vəzifə tutan Sülhəddin Əkbərin bir neçə il öncə gündəm olmuş açıqlamalarını bu mövzudan danışarkən gözardı etmək mümkün deyil. O, deyir:
"Prezidentə konkret adlarla məruzə edirdim ki, bu şəxslərlə milli dövlət qurmaq mümkün deyil. Çünki bu adamlar müstəqil hərəkət edə bilməzlər, Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər. Bütün bunlardan sonra nə arxiv açıldı, nə də bu şəxslərlə bağlı tədbir görülmədi, əksinə mənim ətrafımda iş başladı. Məndən xəbərsiz kadr təyinatları başladı, əvvəlki kimi mənə informasiya axını gəlmədi. Bütün bu işlər Moskvadan və Moskvanın Bakıdakı rezidenturası tərəfindən idarə olunurdu".
Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi təqsirsizlik prezumpsiyası barədədir. Bu prezumpsiyanı, eləcə də Azərbaycanda məxfi sənədlərin arxivlərinin açılmamasını nəzərə alaraq qeyd etməliyik ki, milyonlarla insanın qatıldığı nəhəng hərəkatda və AXC-də kimin DTK ilə əməkdaşlıq etdiyini, kimə bəlkə də elə DTK-nın təlimatı ilə şər atıldığını qəti şəkildə söyləmək mümkün deyil. Şəxsləri təqsirləndirmək hüququn işidir. Sadəcə, həm post-sovet məkanındakı təcrübələrdən, həm də Azərbaycandakı proseslərin tarixi analizindən çıxış edərək AXC-də, Elçibəy hakimiyyətində, daha sonra müxalifət düşərgəsində mühüm rol oynamış şəxslər arasında sovet DTK ilə əməkdaşlıq etmiş şəxslərin olması barədə deyilənləri ciddiyə almamaq mümkün deyil. Ancaq çox təəssüf ki, AXC-Müsavat hakimiyyətdə olduğu dövrdə DTK arxivlərini açmadı, bununla da gerçək hərəkat öz süni qəhrəmanları ilə üzləşdirilmədi.
Bu məsələnin indi də aktual olduğunu xatırladaraq qeyd edim ki, SSRİ-nin süqutu fonunda vüsət alması tarixi zərurət olan milli hərəkatların tribunalarına DTK öz kadrlarını yeritməklə imperiyanın dağılma prosesini Moskvaya faydalı şəkildə yönləndirmək, həqiqi vətənpərləri prosesdən kənarlaşdırmaq, repressiyalara, bəzən də 20 yanvar hadisələrində olduğu kimi, hərbi təcavüzlər üçün bəhanə yaratmaq idi. Bu rakursdan baxdıqda yaxın tarix bizə ibrət götürmək üçün xeyli acı, məyusedici faktlar təqdim edir. Yeni geopolitik məqsəd və vəzifələrimiz isə bizi vadar edir ki, bir an öncə ictimai-siyasi mühiti şəffaflaşdıraq. Bu kontekstdə hazırda DTX-da istintaq olunan Ramiz Mehdiyev-Əli Kərimli tandemi cəmiyyətə həm də Rusiya-AXCP əlaqələrinin bir siyasi növü təsiri bağışlayır.
Yenidən üzə çıxan və vaxtilə mediada yayılan məlumatlara görə, hələ 2005-ci ildə AXCP sədri Ə.Kərimli və onun tərəfdarlarının hakimiyyətdə təmsil olunması üçün danışıqlar aparılıbmış. 20 il öncə yazılanlara görə, Ə.Kərimli öz yaxın ətrafına danışıqlar nəticəsində partiya üzvlərinə veriləcək vəzifələrin artıq müəyyənləşdiyini bildiribmiş. Tərəfdaşlarını əmin etmək üçün Ə.Kərimli PA rəhbəri Ramiz Mehdiyevin müxalifətin ayrı-ayrı nümayəndələrinin iqtidarda təmsil olunmasının mümkünlüyü barədə fikirlərini misal gətirib.
Beləliklə, Ramiz Mehdiyev və Əli Kərimli arasındakı bağlar AXCP-nin həm də "P"siz keçmişini gündəmə gətirir və Azərbaycan siyasi tarixinin müəyyən mərhələlərində xarici təsirlərin, daxili intriqa və kombinasiyaların qarşılıqlı əlaqəsini anlamaq üçün dəyərli ipucları təqdim edir. Bu iplər vasitəsi ilə idarə olunanlar isə heç də ölkəmizin müstəqilliyi, rifahı və qüdrəti üçün çalışmayıblar və keçmişin təsir zonasında qalıblar. Odur ki, Azərbaycan öz məxsusi tərəqqi modeli ilə irəliləmək və haqq etdiyi gələcəyə qovuşmaq üçün bir tərəfdən hüquq müstəvisində atılan qətiyyətli addımlarla daxili təhlükəsizlik maraqlarını təmin etməli, digər tərəfdən də xarici təsirləri tam neytrallaşdırmalı və milli müqavimət mexanizmləri inkişaf etdirməlidir.
Taleh Şahsuvarlı
/qafqazinfo / azxeber.com

Siyasi       Tarix: 09 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

Milli Məclis Fransadakı hadisələrlə bağlı BƏYANAT YAYDI

Fransada təhsil sisteminin vəziyyətindən, yaşayış xərclərinin artmasından və sosial problemlərdən narazılıq zəminində başlayan etirazlar oktyabrın 17-də daha geniş coğrafiyanı əhatə edərək ölkənin müxtəlif şəhərlərinə yayılıb

Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub

Oktyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Arkadağ şəhərində yerləşən Qurbanqulu Berdiməhəmmədov adına Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub. xəbər verir ki, ziyarə

Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 19-da Arkadağ şəhərinin Göroğlu adına Dövlət Atçılıq Sirkində Türkmənistan Prezidentinin Ahal-təkə atçılıq kompleksinin əfsanəvi "Galkynyş" milli atüst

Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib

Bu gün Azərbaycanın İsveçrədəki səfiri Vaqif Sadıqov etimadnaməsini İsveçrə Konfederasiyasının prezidenti Gi Parmelinə təqdim edib. xəbər verir ki, bu barədə Azərbaycanın İsveçrədəki səfirliyinin "X" sosial şəbək

İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi oktyabrın 20-də keçirdiyi həftəlik mətbuat konfransında Azərbaycanda hicabla bağlı tətbiq olanan qaydalara münasibət bildirib. xəbər verir ki, o, Azərbaycan xalqının müsəlma

Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub

Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Azərbaycanın Macarıstandak

Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər

Brüsseldə Avropa İttifaqının (Aİ) Avropa Xarici Fəaliyyət Xidmətində ("European External Action Service") oktyabrın 21-də "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri qəbul olunub. xəbər verir ki

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko

Ötən həftəsonu Fransada iğtişaşlara çevrilən etiraz aksiyaları ölkə Prezidenti Emmanuel Makronun Avropa Şurasındakı mövqeyini zəiflədib. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "Politiko" mənbələr

Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib

Bakıda Azərbaycan və Norveç Krallığının xarici işlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Bu barədə -a Azərbaycan XİN-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan nümayəndə heyətin


son xeberler yeni xeberler azerbaycan xeberleri bu gunun xeberleri kriminal xeber valyuta mezennesi 2026 bu gune olan xeberler