Rasilə Arifqızının adı icra hakimiyyətinin saytından silindi - FOTO
Xəbər verdiyimiz kimi, orta məktəb şagirdini döyməkdə təqsirləndirilərək barəsində cinayət işi başlanan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rasilə Arifqızı vəzifəsindən azad edilib.
Bununla bağlı icra başçısı Taleh Qaraşov sərəncam imzalayıb.
R.Arifqızının işdən çıxarılması ilə bağlı rəsmi məlumata baxmayaraq, icra hakimiyyətinin rəsmi internet səhifəsində adı gedən şəxsin hələ də aparat strukturunda Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində olduğu göstərilib. Bu da ictimaiyyətdə və mətbuatda çaşqınlıq yaradıb.
Məsələ ilə bağlı Lənkəran İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Asif Əliyev ilə əlaqə saxladıq.
O, Redaktor.az-a bildirdi ki, bu barədə çoxsaylı müraciətlərdən sonra R.Arifqızının məlumatları saytdan çıxarılıb.
"Rəsmi saytımızda həmin şəxsin məlumatları silinib. Ola bilər ki, "google"dan axtarış verirsiniz, bu səbəblə köhnə məlumat çıxır. Çoxsaylı müraciətlərdən sonra mən də daxil olub gördüm ki, həmin məlumat görünür, amma bu gün səhər saatlarında həmin yazı silinib", - deyə A.Əliyev qeyd edib.


Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var