Rasim Balayev: "İstəsələr, birləşmiş ittifaqın yeni rəhbəri ola bilərəm" - YENİLƏNİB + FOTO
Rasim Balayev: "İstəsələr, birləşmiş ittifaqın yeni rəhbəri ola bilərəm" - YENİLƏNİB + FOTO
Xəbər saytlarında küsülü olan iki Xalq artistimizin barışması barədə xəbərlər yayılıb.
Dünən Mədəniyyət Nazirliyinin təşkil etdiyi Milli Kino Bayramında keçmiş Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Şəfiqə Məmmədova və keçmiş Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev bir araya gəliblər. Nazir onları təltif və təbrik edib. Hər iki Xalq artistinin eyni anda səhnəyə çıxması onların barışması barədə xəbərlərin yayılmasına səbəb olub.
Lent.az-a açıqlama verən Xalq artisti Rasim Balayev 11 ildir Şəfiqə Məmmədova ilə küsülü olmadıqlarını, zaman-zaman müəyyən tədbirlərdə bir araya gəldiklərini bildirib.
"Biz düşmən deyildik, ki, barışaq. Hərdənbir salamlaşırdıq", - deyə o söyləyib.
"Birləşmiş ittifaqın yeni rəhbəri olmaq üçün namizədliyinizi irəli sürəcəksinizmi?" sualına cavab verən Rasim Balayev bildirib ki, bunu zaman göstərəcək.
"Hələlik nəsə demək tezdir. Zaman göstərəcək. Qurultay keçirilməlidir. Məni istəsələr, niyə də olmasın", - deyə o əlavə edib.
16:08
11 ildir küsülü olan, bir-birini "mehriban düşmən" adlandıran Xalq artistləri - Rasim Balayevlə Şəfiqə Məmmədova barışıblar.
Qaynarinfo.az xəbər verir ki, hər iki aktyor avqustun 2-də Milli Kino Bayramında Mədəniyyət Nazirliyinin təşkil etdiyi tədbirdə bir araya gəlib.
Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli hər iki aktyoru səhnəyə dəvət edərək, Azərbaycan kinosunda xidmətlərinə görə təbrik edib.
Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədova sabiq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının, Rasim Balayev isə Azərbaycan Kinematoqrafçıları İttifaqının sədri idi.


Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var