Rasim Balayev onu tənqid edənlərə cavab verdi

Rasim Balayev onu tənqid edənlərə cavab verdiDövlət başçısı İlham Əliyevlə görüşən tanınmış aktyor və xalq artisti Rasim Balayev aldığı mükafatdan və ona yönəldilən tənqidlərdən danışıb.
azxeber.com xəbər verir ki, görüş təəssüratları ilə bağlı Gununsesi.info–ya açıqlama verən Balayev dövlət başçısı İlham Əliyevə bu mükafata görə təşəkkürünü bildirib.
"Ürəyimdən keçən səmimi sözləri dedim ona. Yəni, Azərbaycan kinosunun vəziyyəti o qədər də, yaxşı deyil. Biz borcluyuq ki, böyük qələbələrimizi ekrana daşıyaq. Prezident təşəbbüsü dəstəklədi".
Aktyor Balayev söyləyib ki, çoxlu sayda şəhidlərimiz və qəhrəmanlarımızla bağlı kino çəkilməli və bunlar gənc və sonrakı nəsillərə təqdim edilməlidir.
"Biz borcluyuq. İnşAllah, bu borcumuzdan çıxmaq istəyirik. Allah bizə yar olsun", deyə Balayev vurğulayıb.
İlham Əliyevi Babəklə müqayisə etməsinə görə, tənqidçilərinə isə Rasim Balayev belə deyib:
"Oradan qaçan, çıxan, döşünə döyən adamlar – hamımız Qarabağdan əlimizi üzmüşdük. Bu adam getdi oranı aldı. Bu gün mən ağlıma gəlmirdi.
Mən bir sərkərdə və baş komandan kimi dedim ki, bu günün Babəki sizsiniz. Ermənilər aldıqları yerlərimizi heç vaxt qaytarmayıblar. İlk adam idi ki, onların aldığı yerləri qaytardı. Mən bir simvolik mənada dedim. Qəhrəman necə olur? Belə olur da!".
Balayev bildirib ki, Babəklə bağlı həmin sözləri dövlət başçısına heç bir yaltaqlıq olmadan söyləyib.
"Heç bir yaltaqlıq olmadan, iç səmimiyyətimlə, qəlbdən gələn söz olaraq dedim. Kimin xoşuna gəlmirsə, özü bilər. Ancaq bu gün camaatı oraya köçürür. Heç kimin ağlına gəlmir ki, laçınlı gedir, orada yaşayır. Bu adam orada böyük işlər görür. Günü-güzəranı oradadır. Hanısa sərin yerdə bu a dam gedib keyf edə bilərdi. Bunu qiymətləndirmək camaata xoş gəlmir ki?!".
Akif İslamzadə ilə bağlı eyni gündə doğulduqlarını söyləyən aktyor Rasim Balayev onu xalqın qəlbində yer aldığını bildirib.

Sosial       Tarix: 11 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


yeni xeberler son xeberler azerbaycan xeberleri meherremlik 2026 son xabarlar cəbhədən son dəqiqə maşın realiti şou