Rasim Məmmədov: "Ramiz Mehdiyevə həmişə atam kimi baxmışam, işdən sonra onu gəzdirmişəm, xəstə olub yanına getmişəm"
"Baku Steel Company" şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
KONKRET.azxəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən bugünkü iclasda Rasim Məmmədovun vəkilləri vəsatət qaldıraraq digər vəkil Elçin Sadıqovun ofisində axtarış aparılan zaman sənədlərin götürüldüyü bildirib, bu səbəbdən prosesin təxirə salınmasını istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra təqsirləndirilən şəxs sərbəst ifadə verib.
Rasim Məmmədov bildirib ki, 2008-ci ildən "Baku Stell Company"-də işləməyə başlayıb. 2011-ci ildə isə 30 milyon manat ödəyərək şirkətin tək sahibi olub: "Əvvəl zavodun 25 faiz payı mənə, 75 faizi əcnəbilərə məxsus idi. 3-4 milyon gəlir həmin adamlar üçün maraqlı deyildi. Dedilər ki, "Balaxanı Oil" yatağına maraqları var, kömək edim, oranı alsınlar. Mən də kömək etdim. Sonradan "Baku Steel"dəki paylarını 30 milyon manata mənə satdılar. Mən zavodu alanda o qədər pis vəziyyətdə idi ki, heç kimə lazım deyildi. Mənə heç kim pul ödəməyib, zavodu tək almışam. Deyirlər ki, zavodu talan eləmisən, əksinə mən oranı düzəltmişəm. Əvəz Zeynallı da ancaq mənim pis işlərimi işıqlandırıb. Deyir, türmədə mənə şərait yaradıblar. Hansı şərait? Mən iki ildir ana-atamı görmürəm".
Rasim Məmmədov məhkəmədə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin də adını çəkib: "Mən Ramiz Mehdiyev və Bəylər Əyyubovu həmişə atam qədər istəmişəm. İşdən sonra Ramiz Mehdiyevi gəzdirmişəm, xəstə olub yanına getmişəm".
Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını da cavablandırıb.
Prokuror ilk olaraq Rasim Məmmədovdan nəyə görə aldığı şirkətləri öz adına rəsmiləşdirmədiyini soruşub.
"Bu cür rahat olur", – deyə Rasim Məmmədov cavab verib.
"Nəyə görə pis vəziyyətdə olan zavodu almaq qərarına gəldiniz" sualına isə təqsirləndirilən şəxs "oranın potensialına bələd idim" cavabını verib.
Rasim Məmmədov 13 milyon manat mənimsəmə ilə bağlı epizodu qəbul etməyib:
"Mən kassadan pul götürməmişəm, ümumiyyətlə, "Baku Steel Company" şirkətinin kassası olmayıb. Deyirlər ki, xəyanət etmisən… Kimə xəyanət etmişəm?"
Rasim Məmmədova "Baku Steel Company" şirkətində işləyənlərə qanunsuz göstərişlər verilməsi ilə bağlı dediklərinə dair də sual verilib. O, suala cavab vermək istəməyib.
Proses sentyabrın 16-da davam etdiriləcək.
Qeyd edək ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.//Apa
Turlar.az [newsid: 0-123300]

Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü
Azərbaycanda Konstitusiya Günüdür