Ratko Mladiç Haaqada xəstəxanaya yerləşdirildi
Serbiya ordusunun keçmiş komandanı Ratko Mladiç pnevmoniya diaqnozu ilə Haaqada xəstəxanaya yerləşdirilib.
KONKRET.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə onun oğlu Darko Mladiç bildirib.
Onun sözlərinə görə, generalın vəziyyəti ağırdır.
"O, ümumi zəiflik əlamətləri ilə həbsxana xəstəxanasına yerləşdirilib. Pnevmoniya və ürəyində zəifləmə aşkar edilib. Bizə bildirdilər ki, müayinə hələ də davam edir, nəticələr çıxanda bizə məlumat verəcəklər", – deyə Darko Mladiç bildirib.
Qeyd edək ki, Ratko Mladiç Srebrenitsada müsəlmanların soyqırımına və 1995-ci ildə Bosniyada BMT əməkdaşlarının girov götürülməsinə görə məhkum edilib. 2017-ci ilin noyabrında Haaqa Tribunalı Mladiçi ömürlük həbs cəzasına məhkum edib. 2021-ci il iyunun 8-də Apellyasiya Məhkəməsi Mladiçin apellyasiya şikayətini təmin etməyib və ömürlük həbs cəzasını qüvvədə saxlayıb.
İqbal Rzayev,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır