Razini döyən Ziyaya yeni ittihamlar irəli sürüldü

Razini döyən Ziyaya yeni ittihamlar irəli sürüldüModel Razi Əliyevanı döydüyü iddia olunan sevgilisi Ziya Hüseynzadə barəsində həbs qətimkan tədbiri seçilib.
azxeber.com "qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün polis tərəfindən Xətai Rayon Məhkəməsinə Z.Hüseynzadənin istintaq dövründə həbsdə saxlanılması ilə bağlı təqdimat daxil olub. Təqdimat hakim Sülhanə Hacıyeva tərəfindən əsaslı hesab olunaraq təmin edilib. Onun barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Məhkəmədə o da məlum olub ki, iş üzrə əlavə zərərçəkmişlər də var və Z.Hüseynzadə Cinayət Məcəlləsinin 133 (əzab vermə), 177.3 (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) 186 ( Əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 221.1-ci (Xuliqanlıq) maddələrilə ittiham olunur.
Faktı iş üzrə zərərçəkmişlərdən birinin vəkili Ceyhun Yusifov təsdiq edib.
Qeyd edək ki, bir neçə gün öncə model Razi Əliyeva sevgilisi Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, intim yazışmalarının sevgilisi tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları da instaqramda yayıb. Z.Hüseynzadə R.Əliyevanın dediklərini böhtan adlandırıb.
DİN məsələ ilə bağlı açıqlama yayaraq Z.Hüseynzadənin mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törətdiyini bildirib. Z.Hüseynzadə barəsində cinayət işi başlanıb.

Şou Biznes       Tarix: 04 iyun 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb. Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozu

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri


yeni xeberler son xeberler azerbaycan xeberleri beynelxalq bank mezenne valyuta mezennesi 2026 sonxəbərlər zelzele