Reabilitasiyadan keçmiş müharibə əlilləri fəal həyata qayıdırlar - FOTOLAR
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi-tədris laboratoriyası Vətən müharibəsi əlillərinin sağlamlıqlarının bərpasına və fəal həyata qayıtmalarına kömək edir. Bu işdə laboratoriya dünya təcrübəsindən istifadə edir. Laboratoriya AccessBank tərəfindən dəstəklənir.
Hərbçilərin reabilitasiyası yüksək ixtisaslı həkimlər və peşəkar instruktorlar tərəfindən həyata keçirilir. Reabilitasiya prosesi hər pasient üçün fərdi tərtib edilib. Müalicə və bərpa prosesində "InBody", "Biodex", "Compex", "BTL" kimi xüsusi avadanlıqlardan istifadə edilir.
Reabilitasiya avadanlıqları İdman Akademiyasının Elmi-tədris laboratoriyasına AccessBank tərəfindən hədiyyə olunub və reabilitasiya xidməti tam təmənnasız həyata keçirilir.
Bu günədək Elmi-tədris laboratoriyasına reabilitasiya xidməti üçün 84 hərbi qulluqçu müraciət edib. Hazırda 3 nəfər bərpa prosesindən keçir, 81 nəfərin isə reabilitasiyası başa çatıb, 63 nəfər hərbi xidmətə qayıdıb.


/ azxeber.com

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var