"Real"da ulduzlar müharibəsi - Mbappenin anası Perezə zəng etdi
"Real Madrid"in gələcək baş məşqçisi Joze Mourinyo komandanın hücumçuları Vinisius Junior və Kilian Mbappe arasında effektiv əməkdaşlıq qurmalı olacaq.
KONKRET.az "AS" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi forvardlardan heç birinin satılmasını nəzərdən keçirmir.
Nəşr yazır ki, "Real" 2026-cı il dünya çempionatının startına qədər Vinisius ilə müqaviləni yeniləməyi planlaşdırır. Braziliyalı futbolçunun hazırkı sözləşməsi 2027-ci ilin yayına qədər, Mbappenin müqaviləsi isə 2029-cu ilin ortalarına qədər qüvvədədir.
Xatırladaq ki, daha əvvəl Mbappenin klubdan Vinisiusun satılmasını tələb etdiyi barədə məlumatlar yayılmışdı. Jurnalist Fransua Qallardo qeyd etmişdi ki, Mbappenin anası Fayza Lamari artıq oxşar xahişlə "Real"ın prezidenti Florentino Perezə müraciət edib. İddialara görə, Vinisius komandada qalacağı təqdirdə Mbappe klubu tərk edəcək.
Qeyd edək ki, Joze Mourinyo daha əvvəl – 2010-2013-cü illərdə də "Real"da çalışıb. Həmin dövrdə o, komandanı İspaniya çempionluğuna, ölkə kubokuna və superkubokuna daşımışdı. Hazırda isə Madrid klubunu Xabi Alonsonun istefasından sonra baş məşqçi postuna gətirilən Alvaro Arbeloa çalışdırır."Qafqazinfo"
Kurslar.az kurslar [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA