Region ölkələri bir-birinə təhdid yaratmamalıdır - "3+3" formatında hazırkı vəziyyət

Region ölkələri bir-birinə təhdid yaratmamalıdır - Oktyabrın 18-də Türkiyədə xarici işlər nazirlərinin "3+3" formatında növbəti görüşü keçirildi. Format hələ də yarımçıqdır. Gürcüstan növbəti dəfə görüşdə iştirakdan imtina etdi ki, bu da başa düşüləndir. Ermənistan da bu görüşlərdə öz iradəsi ilə iştirak etmir. Bir tərəfdən İrəvan İranın təklifindən imtina edə bilmir, digər tərəfdənsə Türkiyəyə səfər Paşinyan hökumətinin Azərbaycanla normallaşma olmadan Türkiyə ilə münasibətləri qaydasına salmaq istəklərinə uyğun gəlir.
Hazırda "3+3" regional formatındakı əsas maneələri və problemləri sadalayaq:
– Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi yoxdur;
– Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur;
– Rusiya ilə Gürcüstan arasında diplomatik əlaqələr yoxdur, Gürcüstan əraziləri hələ də Rusiyanın işğalı altındadır;
– Azərbaycanla Ermənistan, Ermənistanla Türkiyə arasında regional kommunikasiyalar bağlıdır.
2020-ci ilin 44 günlük müharibəsinin geosiyasi nəticələri olsa da, onların əksəriyyəti hələ də reallaşmayıb.
– Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası reallaşan yeganə nəticədir.
– Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması;
– Ermənistan-Türkiyə münasibətlərinin normallaşması;
– kommunikasiyaların açılması isə hələ də baş tutmayıb.
Bir sözlə, 44 günlük müharibənin nəticələri effektiv regional formatın formalaşması yolunda bir çox maneələri və problemləri aradan qaldırmalı idi.
Digər tərəfdən, "3+3" formatının özünəməxsus əsasları var ki, həmin əsaslar təmin edilmədən real ümumregional əməkdaşlıqdan söhbət gedə bilməz. Gəlin bu əsasları nəzərdən keçirək:
– Region ölkələri bir-birinə təhdid yaratmamalıdır – Azərbaycan və Ermənistan hələ də bir-birinə təhdid yaradır.
– Region ölkələri regionun qonşuları üçün təhdid yaratmamalıdır – bu baxımdan İranın Azərbaycana, Rusiyanın Gürcüstana, Türkiyənin isə Ermənistana müəyyən sualları var.
– Regionun qonşuları region ölkələri üçün təhdid yaratmamalıdır – burada artıq Gürcüstanın Rusiyaya (ərazilərin işğalı faktı ortadadır), Azərbaycanın İrana, Ermənistanın Türkiyəyə müəyyən sualları var.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi vurğulayır ki, 44 günlük müharibənin geosiyasi nəticələrinin həyata keçirilməsi əslində böyük bir maneə və problemlər toplusunun aradan qaldırılmasına yol açır.
Bölgənin qonşuları bəyan edirlər ki, regionun problemləri elə region daxilində həll olunmalıdır. Əgər bu niyyət həqiqətən də səmimidirsə, o zaman region ölkələrinin bölgədən kənarda kömək axtarışının qarşısını almaq üçün hərəkətə keçmək məhz region qonşularının üzərinə düşür.
Bu kontekstdə Türkiyə Ermənistanla münasibətlərdə konstruktivlik nümayiş etdirir. Ankara Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması şərti ilə Ermənistanla öz münasibətlərini normallaşdırmağa hazırdır. Tehran Ermənistan ərazisindən keçən kommunikasiyaların qarşısının alınması və İranın öz ərazisindən yeni kommunikasiya marşrutlarının salınması ilə bağlı anlaşılmaz mövqedə qalır. Rusiya isə Gürcüstanla problemlərin həlli üçün heç nə etmir.
Bölgənin qonşularının da region ölkələrindən gözləntiləri var ki, bu gözləntilər əksər hallarda maksimalist xarakterə malikdir.
Beləliklə, aşağıdakı nəticəyə gəlirik:
Əgər bölgənin qonşuları "3+3" regional formatında bu qədər maraqlıdırsa, o zaman hərəkətə keçməlidirlər:
– 44 günlük müharibənin geosiyasi nəticələri həyata keçirilməlidir;
– İran regional kommunikasiyaların qurulmasına başlamalı və bunu başa çatdırmalıdır;
– Rusiya Gürcüstana qarşı işğalçılıq siyasətindən əl çəkməli, Abxaziya və Tsxinvali bölgəsinin Gürcüstana reinteqrasiyasına yardım etməlidir.
Bu müddəalar reallaşdırılmadan regional "3+3" formatından nəticə əldə etmək mümkün olmayacaq və bu çərçivədəki bütün fəaliyyətlər yarımçıq formatda ritual görüşlər səviyyəsində qalacaq.
Məlik,
KONKRET.az

Siyasi       Tarix: 19 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat xeberleri hava haqqinda krminal bu gun xəbər