Qırğız-Türk Manas Universitetində Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Qırğız-Türk Manas Universitetində Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı Qırğız Respublikası (QR) Joqorko Kineşə (parlament) və Xarici İşlər Nazirliyinə təqdim edilib, həmçinin səfirliyin rəsmi internet səhifəsində və sosial media hesablarında paylaşılıb. Bundan başqa səfirlik tərəfindən hazırlanmış press-reliz Bişkek şəhərində fəaliyyət göstərən diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara çatdırılıb.
Bu barədə azxeber.com-a səfirlikdən məlumat verilib.
Bildirilib ki, səfirlik tərəfindən noyabrın 7-də Qırğız-Türk Manas Universitetində 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş rəsmi tədbir və konsert proqramı təşkil edilib. Tədbirdə Qırğız Respublikasının xarici işlər nazirinin müavini Meder Abakirov, bu ölkədə akkreditə olunmuş Türkiyə, Qazaxıstan, Özbəkistan, Macarıstanın səfirləri, Şimalı Kirpin Ticarət nümayəndəsi, Manas Universitetinin professor-müəllim heyəti, ictimaiyyət və diaspor nümayəndələri, media təmsilçiləri iştirak ediblər.
Tədbir "Qarabağ bülbülləri"nin ifasında bədii təqdimatla açılıb, ardınca 8 Noyabr - Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən Qırğız-Türk Manas Universitetinin prorektoru İsmet Altıntaş Azərbaycan xalqının Vətən müharibəsində əldə etdiyi tarixi qələbənin regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni imkanlar yaratdığını vurğulayıb. O qeyd edib ki, bu Qələbə yalnız Azərbaycan üçün deyil, bütün türk coğrafiyası üçün milli ləyaqətin və birliyin simvoluna çevrilib. Prorektor həmçinin Qarabağın azad edilməsi ilə Türk dünyasının siyasi və mənəvi xəritəsində tarixi ədalətin bərpa edildiyini bildirib.
Qırğızıstan xarici işlər nazirinin müavini Meder Abakirov çıxış edərək dost və qardaş Azərbaycan xalqını bayram münasibətilə təbrik edib. O, azad olunmuş torpaqlarımızın bərpasında uğurlar arzulayıb.
Səfir Lətif Qəndilov çıxışında münaqişənin tarixçəsi, müharibənin gedişatı, Qələbənin tarixi əhəmiyyəti, müharibədən sonrakı dövr, bərpa və reinteqrasiya prosesinin gedişatı, eləcə də Cənubi Qafqazda uzunmüddətli sülh və inkişaf perspektivləri barədə geniş məlumat verib. Xüsusi olaraq qeyd edib ki, qazanılan Qələbə Ali Baş Komandan İlham Əliyev tərəfindən düşünülmüş siyasətin, xalqın və dövlətin vəhdətinin nəticəsidir. Azərbaycan öz torpaqlarını beynəlxalq hüquqa əsaslanan haqq və ədalət prinsipinə söykənərək azad edib. Bizim məqsədimiz regionda sülh yaratmaq, ərazilərimizdəki dağıntılar üzərində yenidən həyat qurmaq və bölgədə gələcək nəsillər üçün davamlı sabitliyi təmin etməkdir.
Səfir çıxışında, həmçinin Qarabağın bərpası üçün həyata keçirilən "ağıllı şəhər" layihələri, minalardan təmizləmə prosesi və "Böyük Qayıdış" Proqramı barədə geniş məlumat verib.
Sonda səfir qeyd edib ki, regionda uzunmüddətli sabitlik əməkdaşlıq, qarşılıqlı hörmət və iqtisadi tərəqqi üzərində qurulmalıdır.
Tədbirdə diplomatik korpus adından Qazaxıstan Respublikasının səfiri Rapil Joşıbayev çıxış edərək bildirib ki, Zəfər Günü bütün Türk dünyasının ortaq sevinci və qürurudur. Bu Qələbə sübut etdi ki, tarix boyu bir-birinə dayaq olan xalqlar birlik və həmrəylik içində olduqda heç bir güc onların qarşısında dayana bilməz. Azərbaycanın Zəfəri yalnız bir dövlətin Qələbəsi deyil - o, Türk dünyasının mənəvi birlik simvoludur.
Türkiyə səfiri Mekin Mustafa Kemal çıxış edərək, bu böyük Zəfərlə bağlı Azərbaycan xalqını təbrik edib, ölkəmizin Qələbəsinin Qafqazda və bölgədə sülh və stabillik üçün mühüm amilə çevrildiyini bildirib. O qeyd edib ki, hər zaman Azərbaycanın yanındayıq və sülh anlaşmasının imzalanması ilə biz də Ermənistanla münasibətləri normallaşdıracağıq.
Diplomat çıxışının sonunda bu gözəl bayram əhvali-ruhiyyəsinə görə Azərbaycan səfirliyinə təşəkkürünü bildirib.
Qırğız Respublikasının Parlamentinin sabiq sədri Medetxan Şerimkulov isə vurğulayıb ki, Azərbaycan xalqının Qələbəsi yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də tarixi ədalətin bərpasıdır. Qardaş xalqların birliyi gələcəkdə də bölgədə sülhün təminatçısı olacaqdır. Bununla yanaşı o, qeyd edib ki, Prezident İlham Əliyev bu gün dünyanın aparıcı və böyük siyasətçilərindən biridir və Heydər Əliyevin apardığı siyasəti çox layiqincə davam etdirir: "Mən bu sözləri həmişə demişəm indi də deyirəm".
Tədbirin bədii hissəsində Zəfər Gününə həsr edilmiş canlı musiqi kompozisiyaları səsləndirilib, Azərbaycan musiqi irsinin klassik nümunələri ifa olunub.
Qırğız-Türk Manas Universitetində Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLARQırğız-Türk Manas Universitetində Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLARQırğız-Türk Manas Universitetində Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLARQırğız-Türk Manas Universitetində Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLARQırğız-Türk Manas Universitetində Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLARQırğız-Türk Manas Universitetində Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLARQırğız-Türk Manas Universitetində Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLARQırğız-Türk Manas Universitetində Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLARQırğız-Türk Manas Universitetində Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLARQırğız-Türk Manas Universitetində Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Siyasi       Tarix: 10 noyabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərinin yekunlarına dair paylaşım edib. Hakan Fidan qeyd edib ki, Türkiyə və Azərbaycan bölgədə sabitliyin təmin olunmasında mühüm rol oynayan iki ölkədir. "Qarda

Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb

"Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının zəngin xristian irsinin izləri görünür".  xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xaric

Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan "Tramp marşrutu"nun iki giriş və iki çıxışının Azərbaycanda olacağını bildirib. O, TRIPP-ın Azərbaycan sərhədindən başlayıb Azərbaycanın sərhədində bitəcəyini söyləyib. "Saziş

140-dan çox ölkədən 2700-ə yaxın nümayəndə Bakıda bir araya gəldi - Bu məsələlər müzakirə edildi

7-11 sentyabrda Azərbaycanın ev sahibliyi və təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCC) dördüncü İqlim Həftəsi və paralel olaraq Bak

İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. xəbər verir ki, energetika nazir

Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbu

İlham Əliyev "SABAH.city"nin açılışında - FOTOLAR

Prezident İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib. xəbər verir ki

İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqa

İran Hörmüzü bağlı saxlayır - ABŞ həll yolu tapdı: regionun nefti indi hara gedəcək?

ABŞ-ın Energetika naziri Kris Rayt bildirib ki, neft bazarları Hörmüz boğazının açılması üçün İranla razılaşma gözləmək əvəzinə, alternativ həll yollarından istifadə etməlidir. KONKRET.azxəbər verir ki, Raytın sözlərinə görə


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber.az en yeni xeberler az xeber cəbhədən xəbər