Regionda sülhə əngəl yaratmaq üçün xüsusi planlar cızılıb - ƏTRAFLI 

Regionda sülhə əngəl yaratmaq üçün xüsusi planlar cızılıb - ƏTRAFLI 10 noyabr üçtərəfli sazişin 9-cü bəndində nəzərdə tutulan öhdəliyi yerinə yetirməkdən imtina edən Ermənistan tərəfi bunu havadarlarının köməyi ilə edir. Həmin sazişin 9-cu bəndində Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin açılması nəzərdə tutulur. Ermənistan baş naziri sazişə imza atmaqla dəhlizin açılacağını təsdiqləyib.
Amma müharibə başa çatdıqdan sonra bu məsələ ətrafındakı regional mübahisələr böyüyüb və İran Zəngəzur dəhlizinin açılmasının əlehinə çıxıb. Hətta, Zəngəzur dəhlizini özünün qırmızı xətti elan edən İran Qafanda konsulluq açmaqla bu proyektə mane olacağını gizlətmədi. Açıq-aşkar Ermənistana dəstək verən İranın bu siyasəti müxtəlif aspektlərdən şərh edilir. Cənub qonşumuz sadəcə regionda güclü Azərbaycan istəmir və ölkəmizin geosiyasi maraqlarına qarşıdır. Onlar Zəngəzur dəhlizini böyük Turan yolu adlandırır, bu isə İranın dövlət maraqlarına uyğun deyil.
Amma İranın istəyindən asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq və Azərbaycanın əsas hissəsi ilə Naxçıvana gediş-gəliş bərpa ediləcək.
İRNA agentliyinin verdiyi xəbərə görə, bu gün İran tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında baş tutan telefon danışığında da regional məsələlər müzakirə edilib. Maraqlıdır, bölgədə sülhə mane olan tərəflər sülhdən danışıblar və ölkələrin ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini müzakirə ediblər.
Burada maraqlı bir məqam var. Ölkələrin ərazi bütövlüyü deyəndə İranla Rusiya nəyi nəzərdə tutur? Ermənistan 30 il Azərbaycan ərazilərini işğal altında saxlayanda din qardaşlarımızın yadına ölkələrin ərazi bütövlüyünə hörmət düşmürdü. İndi İranda Zəngəzur dəhlizi ölkələrin ərazi bütövlüyünün pozulması kimi qəbul edilir və Ermənistana dəstək nümayiş etdirirlər.
"İran və Rusiya XİN başçıları son günlər Cənubi Qafqazda baş verən hadisələrlə bağlı məsləhətləşmələr də aparıblar", – bu da "İRNA agentliyinin məlumatındandır. Nə barədə məsləhət aparmaları da aydındır. Çox güman ki, Ermənistana hərbi-siyasi dəstəyin artırılması və regionda sülhə əngəl yaratmaq üçün xüsusi planlar cızılıb. Regional kommunikasiya xətlərinin açılmasından bir kəlmə belə söhbət getməyib.
Deməli, Azərbaycanın regionda yaratdığı reallığı qəbul etmək istəməyən hər iki qonşu dövlət, bölgədə erməni kartından lazımınca yararlanmağa üstünlük verir. Bunu son günlər Qarabağda üçüncü dövlətin dəstəyi ilə başlayan etiraz aksiyaları da sübut edir. Amma Azərbaycan ordusu sayıqdır və istənilən separatçı dəstənin məhv edilməsini isə bir neçə saata təmin etmək gücündədir.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 19 iyul 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberleri zelzele xeberler az sonxəbər