Renka "Cənnətdən qovulmuş mələk" oldu - FOTOLAR
Rəqqasə Rəna Ağamuradova (Renka) uzun fasilədən sonra yeni ekran işi ilə səssizliyini pozub.
azxeber.com xəbər verir ki, sənətçi bu dəfə fəlsəfi məzmunlu "Cənnətdən qovulmuş mələk" adlı layihəsini təqdim edib.
Ekran işində həyatın fərqli yönlərinə toxunan Renka "mələk" obrazında tamaşaçı qarşısına çıxır. Tarixi məkanda lentə alınan çəkilişlərdə rəqqasə iri qanadları ilə diqqət çəkir.
Onun üçün çəkisi 8 kiloqram olan xüsusi libas hazırlanıb. "Cəsur" üslubda olan dəri geyimlə sənətçi bu dünyadan olmayan obrazı canlandırmağa çalışıb. Layihə sosial mesajı ilə də seçilir.
Ekran işinin rejissoru Rafiq Rüstəmov, musiqisi isə Fərid Ağaya məxsusdur. Layihənin ssenari müəllifi jurnalist Elton Hacıyevin direktorluğu ilə ərsəyə gəlib.
E.Hacıyev mətbuata açıqlamasında layihənin ideyasından da danışıb:
"Ümid edirəm və ən əsası, inanıram ki, yeni layihəmiz Renka sevənlər tərəfindən maraqla qarşılanacaq. Cənnətdən qovulmuş mələk – qanadları qırılmış ümidlərin səssiz hekayəsidir. Mələklər ən çox sevməyi bacaran, amma ən çox yaralananlardır. Əlbəttə, bu addımla nə qədər böyük məsuliyyət daşıdığımın da fərqindəyəm".
Çətin hava şəraitində günlərlə davam edən çəkilişlər üçün Renkanın geyimi modelyer Şəlalə Maqsudova tərəfindən hazırlanıb.
Aysel








Kurslar.az kurslar [newsid: 0-123300]

Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək