Rəşad Məcid 'Əqrəb mövsümü'ndən yazdı

Rəşad Məcid 'Əqrəb mövsümü'ndən yazdıRəşad Məcid,
Azərbaycan Mətbuat Şurasının sədri 
İctimai Televiziya ilə yayımlanan "Əqrəb mövsümü" serialı barədə zövqünə və mütaliəsinə güvəndiyim bir neçə nəfərin sosial şəbəkədə paylaşdığı müsbət fikirlər diqqətimi çəkdiyindən ilk imkanda bu seriala baxmaq fikrinə düşdüm. Əvvəl-əvvəl filmin son seriyalarından birini ötəri izlədim və dərhal diqqətimi cəlb elədi. Uzun illərdən bəri seriallarımızda tamaşaçını diksindirən süni, qurama dil burada yox idi. Personajlar təbii, normal dildə - bizim bir-birimizlə danışdığımız kimi danışırdılar. Təkcə bu nüansdan hiss olunurdu ki, iş peşəkarların əlindən keçib.
Bu xoş təəssüratın ovqatında 2-3 gün müddətində əvvəlcə "Əqrəb mövsümü"nün yutuba yüklənmiş 8 seriyasını, sonra isə yenə İctimai TV-də efirə gedən və eyni rejissorun çəkdiyi "Körpü" serialını böyük zövq və məmnunluqla izlədim.
"Əqrəb mövsümü" serialında aktyor oyununun peşəkar səviyyəsinə söz ola bilməzdi. Hikmət Rəhimovla Abbas Qəhrəmanovun oyununu əvvəllər müxtəlif tamaşalarda görmüşdüm. Hər ikisi bu serialda da olduqca peşəkar oynayırdı. Azər Aydəmir də rolunun öhdəsində məharətlə gəlmişdi. Filmdəki o biri aktyorların oyununda da hansısa sünilik, çatışmazlıq hiss olunmurdu. "Körpü" serialında isə Nofəl Şahlaroğlu, Elnur Hüseynov, eləcə də digər aktyorların oyunları zövq verirdi. Bundan əlavə, "Körpü"nün detektiv süjeti arasında çatdırılan müxtəlif səpkili sətiraltı fikirlər və sosial mesajlar da diqqəti çəkirdi. Hər iki serialın operator işi isə yüksək səviyyədə idi.
Filmlərə baxandan sonra aktyorlar Azər Aydəmir və Hikmət Rəhimovun "Əqrəb mövsümü" serialı başlayan gün İTV kanalındakı söhbətlərinin yutubdakı videoyazısını və hər iki filmin quruluşçu rejissoru olan Emil Quliyevin "3D" verilişindəki müsahibəsini izlədim. Emil Quliyevin ehtiraslı və enerjili aurası, təvazökar davranışı, Azərbaycan kinosu barədə sevgi, təəssüb və can yanğısı ilə səsləndirdiyi fikirlər tamaşaçını əvvəldən axıracan öz təsirində saxlayır, fərqli yanaşma və düşüncəyə sahib, standartlardan uzaq bu gənc kino adamının kinomuzun tərəqqisini səmimi qəlbdən istədiyi zərrə qədər də şübhə oyatmırdı. Hiss olunurdu ki, kinonu intuitiv səviyyədə, iliyinəcən duyan rejissor aktyorlarla da bu inersiya ilə işləyir və ona görə də maksimum nəticə əldə etməyi bacarır.
Bu ilk tanışlıqdan sonra Emil Quliyevlə bağlı kiçik bir araşdırma apardım, bu seriallara qədər onun "Pərdə" adlı film-trilogiya çəkdiyini və mental problemə toxunulan bu filmin kino ictimaiyyətinin böyük marağına səbəb olduğunu öyrəndim.
Sosial şəbəkələrdə bu seriallarla bağlı müxtəlif fikirlərə rast gəldim. Kiməsə irad tutmağa, mız qoymağa hazır olanlar həmişə olub və indi də var, amma bununla belə, əksəriyyətin mövqeyi kifayət qədər müsbət idi. Bu rəylərin böyük qismində hər iki serialın rejissoru, aktyorları və bütövlükdə yaradıcı heyəti haqqında yüksək fikirlər səsləndirilirdi. Mən də hesab edirəm ki, bu serialların yaradıcı heyətini, onlara bu şəraiti yaradan İctimai TV rəhbərliyini, rejissor Emil Quliyevi, operatoru, bütün peşəkar aktyorları yalnız təbrik və təqdir etmək lazımdır. İnanıram ki, onların ortaya qoyduqları bu nümunələr Azərbaycanın serial sektorunun yeni mərhələyə qədəm qoymasına və gələcək inkişafına ciddi təkan verəcək, bütövlükdə Azərbaycanın müasir kino industriyasına yeni nəfəs və yeni enerji gətirəcək. / azxeber.com

Sosial       Tarix: 23 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az 2026 bugunun xeberleri son xeberler bugun 2026 muharibe bu gune olan xeberler