Rəşad Sadıqov: "Hakimlərin mənə sarı vərəqə verməkdən xoşu gəlir"
"Gərgin oyun oldu. Vacib 3 xal qazandıq. Matçın asan keçməyəcəyini bilirdik. Qələbə üçün əlimizdn gələni etdik".
KONKRET.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "ASCO Arena"da "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VI tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
40 yaşlı mütəxəssis matçın mübarizə şəraitində keçdiyini bildirib: "Sevindirici haldır ki, bizim iştirakımızla keçən oyunlar maraqlı alınır. Daha rahat qələbə qazanmaq istəyərdik. Qarşılaşma çox şən başladı. Hər iki qapıda qollar gördük. Yenidən önə keçən tərəf biz olduq. Bundan sonra da qol imkanları oldu. Amma heç bir tərəf fərqlənə bilmədi. Futbolçularım təbrik edirəm. Mövsümün əvvəlidir. İndi yığılan hər bir xal sonda çox dəyərli olacaq".
Sarı vərəqə aldığı epizodu da dəyərləndirən baş məşqçi hakimlərin ona sarı vərəqə verməkdən xoşu gəldiyini söyləyib: "Adi bir hərəkətə görə cəzalandırırlar. Artıq buna alışmışam".

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi