Rəşad Sadıqov narazılıq etdi - "Bu qədər təsadüf olmaz"

Rəşad Sadıqov narazılıq etdi - "Oyunda çoxsaylı mübarizə var idi. Matça fəal başlayan tərəf biz idik. Yaxşı da qol fürsətləri yaxaladıq". "Qafqazinfo" xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XIX turunda "Səbail"lə qolsuz bərabərə qaldıqları oyundan sonra deyib.
O qeyd edib ki, mübarizə əzminə görə hər iki tərəfə alqış düşür: "İlk 30-35 dəqiqə üstünlük bizim tərəfimizdə idi. Sonradan oyun bərabərləşdi. Daha çox mübarizə mərkəzdə gedirdi. O dəqiqələrdən sonra keyfiyyətli futboldan danışmaq olmaz. Süni ot örtüyü, eləcə də şiddətli külək matçın gedişinə təsir göstərirdi. Bu məqamlar keyfiyyətli oyuna mane olurdu. Lakin hər iki tərəf istəkli idi və meydanda tam gücləri ilə mübarizə aparırdılar. Buna görə də hər iki komandaya alqış düşür".
Sadıqov futbolçularından razılığını ifadə edib: "Qələbə qazanmaq üçün həm "Zirə", həm də "Səbail" çox çalışdı. Amma yekunda qazancımız 1 xal oldu. Dediyim kimi, matçın əvvəlində qol şanslarımız var idi. Cərimə zərbəsindən sonra top tirdən döndü. Ümumi götürdükdə futbolçularımın çıxışından razı qaldım. Çox istəkli idilər. İlk matç olmasına baxmayaraq, qələbə üçün əllərindən gələni etdilər".
"Zirə"nin çalışdırıcısı yeni transfer Rafael Utsiqin rəsmi debütunu belə dəyərləndirib: "Onun çıxışını müsbət qiymətləndirirəm. Bu gün özünü yaxşı tərəfdən göstərdi. Eyni sözləri Ceyhun Nuriyev barədə də deyə bilərəm. Hər iki yeni transferimiz bu gün özlərini yaxşı tərəfdən göstərdilər. Lakin hər ikisini bir qədər də zamana ehtiyacları var".
Sadıqov bildirib ki, Utsiqə məcburiyyətdən start heyətində yer verib: "Əslində, bu gün Utsiqin start heyətində yer almasını istəməzdim. Amma seçimimiz olmadığı üçün məcburiyyətdən ona şans verdik. Sona yaxın meydanda qalması riskli idi. Çox istəkli idi, mübarizə aparırdı. Tam hazır olmadığı üçün zədə ala bilərdi. Ona görə daha sonra Rüstəm Əhmədzadəyə şans verdik. Rüstəm də son günlər xəstə idi. Oyundan öncə cəmi 2-3 məşqdə iştirak etmişdi. Onsuz da hücum xəttində futbolçu qıtlığımız var idi. Bu gün o da zədələndi. Yəqin ki, 2-3 həftə komanda ilə birgə olmayacaq. Bu da bizim üçün əlavə problemdir. Nəzərə alsaq ki, qarşıda bizi çox sıx qrafik gözləyir. Belədə hər bir futbolçuya ehtiyac var".
Rəşad Sadıqov komandasının lehinə verilməyən penalti epizoduna belə münasibət bildirib: "VAR-da əyləşən təcrübəli hakim İnqilab Məmmədov referini epizoda baxmaq üçün çağırdı. Amma hakim orda başqa qərar verdi. Çox qəribə bir qərar qəbul etdi. VAR-dan çağırıblar, açıq-aşkar ayağa zərbə vurulduğu görünür. Avtomatik həm də ikinci sarı vərəqədir. Bilmirəm… Nə qədər bu barədə danışsaq da… "Zirə"nin oyunlarındakı bu qərarlar artıq dördüncü ildir davam edir. Keçən il bir az azalmışdı. Eləcə də cari mövsümün əvvəlində də. Baxırsan ki, istər bu oyun olsun, istər "Qarabağ"la matçda 2 qırmızı vərəqə epizodu, yaxud əvvəlki turlarda baş verən hadisələr – bu qədər təsadüf ola bilməz". / konkret.az

İdman       Tarix: 22 yanvar 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

Arsen Venger Bakıya gəldi

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib. İdman.biz-ə istinadla xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionat

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az bu gun xəbər en son xəbərlər bugün son xeberler bu gun