Rəşad Sadıqov "Turan Tovuz"a məğlubiyyəti şərh ETDİ
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 9-cu turunda "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqları oyun barədə fikirlərini bölüşüb.
KONKRET.az xəbər verir ki, 42 yaşlı mütəxəssis səfərdəki matçı belə dəyərləndirib:
"İki fərqli hissənin şahidi olduq. Birinci hissədə daha yaxşı idik. Fasilədən sonra çox top itirirdik, boşluqlar buraxırdıq. Rəqibi qələbə münasibətilə təbrik edirəm.
Tyaqo bu oyun üçün zədəli idi. Amma sağlam olsaydı belə, yenə Aydın Bayramovu qapıya qoyacaqdım. Çünki o, rəqabətdə Aydına uduzur.
Şəhriyar Əliyevlə aramızda ciddi nəsə mübahisə olmadı. Berdiyevlə görüşüb tunelə gedəndə gördüm ki, futbolçular mərkəzə qaçırlar. Mübahisəni yatırmaq üçün ora gəldim. Şəhriyara o əsnada irad bildirdim ki, udmusuz, başqa qanqaraçılıq salmayın. Belə lazım deyil. Bu, hər iki komandanın ziyanınadır.
Milli fasiləsi ilə bağlı planımız eynidir. Futbolçulara bir neçə günlük fasilə verəcəyik. Sonra "Sabah"a qarşı oyuna hazırlaşacağıq. İkinci dövrənin əvvəlində 3-4 səfər oyunumuz olacaq".
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Masazırda ağır qəza: ölən var
Prezident qızları bir arada - Foto
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Uitkoff Sankt-Peterburqa gəldi