Rəsmi Ankaradan AŞPA-nın Azərbaycanla bağlı qərarına sərt REAKSİYA
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi barədə qərarına münasibət bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə Nazirliyin saytında bəyanat yayılıb.
Nazirlik qərardan təəsüfləndiyini qeyd edib və əlavə edib ki, bu qərar demokratik dəyərlərə uyğun gəlmir və təmsilçilik hüququna ziddir.
"Aydındır ki, əməkdaşlıq və dialoq kanallarının bağlanması mənasını verən bu addım regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etməyəcək. Türkiyə AŞPA-nı bu səhvi tez bir zamanda düzəltməyə və Cənubi Qafqazda sülh səylərinə diqqət yetirməyə çağırır", – bəyanatda deyilir.
Qeyd edək ki, yanvarın 24-də AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqləməməsi üçün səsvermə keçirilib. Səsvermədə qərarın lehinə 75 deputat, əleyhinə 10 nəfər səs verib. Beləliklə, Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib.

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
İlham Əliyevdən həmkarına təbrik
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi