Rəsmi Moskva Japarova qarşı müharibəyə başladı - ŞƏRH

Rəsmi Moskva Japarova qarşı müharibəyə başladı - ŞƏRHRusiya diplomatik dairələri Qırğızıstanda dövlət dili haqqında qanunun qüvvəyə minməsini rusdilli vətəndaşların hüquqlarını pozan sənəd kimi səciyyələndirib. Xarici işlər naziri Sergey Lavrov bu qanuna çox ağrılı reaksiya verib.
Bir ay əvvəl Joqorku Keneşin deputatları tərəfindən qəbul edilən və bir gün əvvəl Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən imzalanan qanunun yeni redaksiyasına əsasən, ölkənin bütün dövlət və bələdiyyə işçiləri və vəzifəli şəxsləri, o cümlədən Joqorku Keneşin deputatları dövlət dilini, yəni qırğız dilini bilməlidir. Bu dil ofis işlərində və normativ hüquqi aktların işlənib hazırlanmasında, habelə beynəlxalq müqavilələrin bağlanmasında əsas olmalıdır.
Eyni zamanda, qanun təkcə qırğız dilinin istifadə dairəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsini deyil, həm də "dil müvəkkilləri" institutunun tətbiqini nəzərdə tutur. Beləliklə, qanunun həyata keçirilməsinə nəzarət edəcək bir orqan yaradılacaq. Sənədə görə, radio və televiziyada efir vaxtının ən azı 70%-i qırğız dilindəki proqramlar əhatə edəcək.
Qeyd edək ki, rəsmi olaraq Qırğızıstanda rus dilində danışanların sayı 2 milyon nəfərə çatır ki, bu da ölkə əhalisinin demək olar ki, 30%-ni təşkil edir. Üstəlik, xeyli sayda qırğız Rusiyada əmək miqrantı kimi işləyir və rus dilində danışır. Bu isə təxminən təxminən 800 min nəfər deməkdir.
Xatırladaq ki, rəsmi olaraq Qırğızıstanda milli dillə bağlı bu təşəbbüs hələ 2021-ci ilin oktyabrında, Japarov hakimiyyətə gələndə ictimai müzakirəyə çıxarılıb və hətta o zaman bu, ilk növbədə Rusiyada ciddi tənqidlərə səbəb olub. Bir ilə yaxın idi ki, sənəd Joqorku Keneşdə ilişib qalmışdı.
Məlum olduğu kimi, Qırğızıstanda rus dilinin statusu ilə bağlı mübahisə 20 ildən artıq davam edib. Müxtəlif vaxtlarda təkcə Qırğızıstanla Rusiya arasında deyil, həm də hakimiyyət orqanları ilə milli vətənpərvərlər arasında münaqişə predmetinə çevrilib. Japarov bu addımı atmaqla Qırğızıstandakı milli vətənpərvərlərin dəstəyini qazanıb ki, bu da ona son dərəcə vacibdir. Çünki bu yaxınlarda məhz qırğız vətənpərvərləri Japarovu Kempir-Abad su anbarının Özbəkistana verilməsi ilə bağlı milli maraqlara xəyanətdə ittiham etmişdi.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun indiki reaksiyası Qırğızıstanda çaşqınlıq yaradıb. Çünki 2023-cü il ərzində rəsmi Bişkek getdikcə Moskvaya yaxınlaşmışdı. Məhz elə bu səbəbdən idi ki, Kreml Qırğızıstanın "de-rusiyasına" yönəlmiş dil haqqında qanunun hazırlanmasından heç bir narazılığını bildirməmişdi.
Analitiklər hesab edirlər ki, Lavrovun sərt bəyanatı təkcə dil haqqında qanunla bağlı deyil. Belə ki, ölkədə müxtəlif qeyri-hökumət təşkilatlarının (QHT) və ictimai birliklərin fəaliyyətini tənzimləyən daha bir qalmaqallı qanun layihəsinin qəbulu bu ilin payızına qədər təxirə salınıb.
Ehtimal olunur ki, parlamentarilərin bu qərarı rəsmi Kremli məyus edib. Məlum olduğu kimi, Qırğızıstan Prezidenti Sadır Japarov Rusiyaya səfəri zamanı çox yüksək səviyyədə qarşılanmışdı. Hələ o vaxt siyasi analitiklər cənab Japarovun Böyük Vətən Müharibəsində qələbənin 78-ci ildönümü ilə bağlı hərbi paradda təntənəli iştirakını onunla əlaqləndirmişdilər ki, rəsmi Moskva QHT və ictimai birliklərin fəaliyyətini məhdudlaşdıran qanunun mətnini tam bəyənib.
Yəqin elə buna görədir ki, qırğız dili ilə bağlı ali sənəd rus jurnalistləri, təbliğatçıları və politoloqları tərəfindən nədənsə aqressiv qarşılanmır. Yeri gəlmişkən, QHT və ictimai birliklərin fəaliyyətini məhdudlaşdıran sənəd ABŞ və bir sıra Avropa dövlətlərinin Qırğızıstanın daxili işlərinə müdaxilə alətlərini faktiki olaraq aradan qaldıracaq. Rusiya tərəfi ümid edirdi ki, şəxsən Japarov və onun nəzarətində olan Joqorku Keneş kollektiv Qərbin təzyiqinə məhəl qoymayacaq və qanun layihəsini hazırkı variantda qəbul edəcək.
Bu baxımdan, üstünlük təşkil edən fərziyyə ondan ibarətdir ki, hazırda Moskva Qırğızıstan hakimiyyətinə və şəxsən Japarova qarşı bir növ informasiya müharibəsinə başlaya bilər. Bu müharibəni isə Kreml Lavrovun dili ilə elan etdi. Məqsəd rəsmi Bişkek üzərində Moskvanın gücünü və təsirini göstərməkdir.
KONKRET.az-ın ARAŞDIRMA QRUPU

Siyasi       Tarix: 25 iyul 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb. xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib. "Azərbaycan

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

"Azərbaycan Ordusu BMT-nin yerinə yetirilmədiyi qətnamələri icra etdi"- Politoloq

"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir". Bunu politoloq Elçin Xalidbəyli -a açıqlamasınd

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

İsrail Səfirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. İsrailin Azərbaycandakı səfirliyi bu barədə X-da paylaşım edib. "Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davaml

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən terror aktında çoxsaylı insan ölümü ilə bağlı bu ölkəyə başsağlığı verib. xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Pakistanı


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntülər cəbhədən son görüntülər son xabar son xeberler azerbaycan