Reuters agentliyi Azərbaycanda keçirilən Formula 1 yarışından yazdı: "Möhtəşəm olacaq"
Reuters agentliyinin ingilis dilli versiyası (reuters.com) Formula 1 Azərbaycan Qran Prisi və Ukraynadakı müharibənin yarışlara təsirindən bəhs edən məqalə dərc edib.
KONKRET.az xəbər verir ki, Formula 1 Azərbaycan Qran Prisinin promouteri Ukraynadakı müharibənin rus azarkeşlərə bilet satışına təsir göstərməsinə baxmayaraq, bazar günü Bakı küçələrində keçiriləcək yarışın böyük uğur qazanacağını gözləyir.
"Biletlər artıq cümə gününə qədər satılıb. Bir çox tribunalarda artıq boş yer qalmayıb, onların doluluğu maksimumdur. Ona görə də ümid edirik ki, bütün biletlər bu həftəsonu satılacaq", – Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov jurnalistlərə bildirib.
Rusiya ilə həmsərhəd olan keçmiş Sovet respublikası Azərbaycan 2016-cı ildə Formula 1 müqaviləsi imzalayıb. Bu yarış heç bir sürücünün bir dəfədən çox qalib olmadığı gözlənilməz trillerlər kimi şöhrət qazanıb. Təəssüf ki, 2020-ci ildəki koronavirus pandemiyası səbəbindən yarışlar növbəti ilə təxirə salınıb.
Rəhimovun sözlərinə görə, Formula 1 yarışları rusiyalı azarkeşlər arasında məşhur əyləncədir. Azərbaycanın bağladığı müqavilə 2024-cü ilə qədər yarışların keçirilməsini nəzərdə tutur.
Eyni zamanda, çətinliklərə görə rusiyalı azarkeşlər daha az olacaq. Avropadan uçan azarkeşlərin Azərbaycana çatması da çətindir, çünki Moskva artıq səmərəli nəqliyyat mərkəzi deyil. Ancaq indiki rəqəmlərə baxsaq, bu il Bakıda 25-30% əcnəbi tamaşaçı var.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxiləyə başlayıb. "Formula 1" 2014-cü ildə yraışlara qoşulan Rusiya Qran Prisinin promouteri ilə müqaviləyə xitam verib.
Roman Göytürk,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi