"RİA Novosti" Azərbaycan ictimaiyyətinin və XİN-in narazılığına səbəb olmuş müsahibəni sildi - FOTO
Rusiyanın "RİA Novosti" İnformasiya Agentliyi Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma nümayəndəsi kimi təqdim edən şəxsin bəyanatlarının əks olunduğu paylaşımı silib.
Hazırda bu materiala giriş keçidi aktiv deyil və səhifənin mövcud olmadığını göstərir.
Xatırladaq ki, qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryan ilə geniş müsahibə Azərbaycan ictimaiyyətində ciddi narazılığa səbəb olub.
Azərbaycan XİN "RİA Novosti"nin bu paylaşımının Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin müddəalarına zidd olduğunu bəyan edib.
"Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və beləliklə də ciddi təəssüf doğurur", - Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
Qeyd edək ki, hadisədən sonra "RİA Novosti" İnformasiya Agentliyinin saytına Azərbaycan ərazisində giriş qadağan olunub.
///Report


Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı
Ceyhun Bayramov Mirzoyanla görüşəcək