Rişi Sunak: "İranın Əlirza Əkbərini edam etməsi vəhşilik və qorxaqlıqdır"
Böyük Britaniyanın Baş naziri Rişi Sunak İran müdafiə nazirinin sabiq müavini Əlirza Əkbərinin edam edilməsini qəddar və qorxaq hərəkət adlandırıb.
KONKRET.azxarici mediaya istinadən xəbər verir ki, bu barədə o, tviterdə yazıb.
"İran və Britaniya vətəndaşı olan Əlirza Əkbərinin edam edilməsi məni dəhşətə gətirib. Bu, öz xalqının insan haqlarına hörmət etməyən barbar rejimin həyata keçirdiyi qəddar və qorxaq bir hərəkətdir", – Baş nazir bildirib.
Qeyd edək ki, bundan əvvəl IRNA agentliyi məhkəmə orqanlarına istinadən ölüm hökmünün icrası barədə məlumat verib.
Xatırladaq ki, Əlirza Əkbəri İran Milli Təhlükəsizlik Şurasının hazırkı katibi, 1997-2005-ci illərdə müdafiə naziri işləmiş Əli Şəmxaninin müavini işləyib. O, 1961-ci ilin sentyabrında anadan olub. Britanya-İran ikili vətəndaşlığı var. 2005-2020-ci illərdə Britaniyada yaşayıb, Tehrana səfəri zamanı casusluqda ittiham olunaraq həbs edilib. İran kəşfiyyatı 2023-cü il yanvarın 1-də onu yenidən həbs edib. Məhkəmə Əlirza Əkbərini Böyük Britaniyaya casusluqda günahlandıraraq barəsində edam hökmü çıxarıb.
İqbal Rzayev,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür