"Riskə girib, Suriyada təhlükəli ərazilərə Azərbaycan tərəfindən yardım heyətinin göndərilməsinə ehtiyac yoxdur…

Xəbər verdiyimiz kimi, Türkiyənin Kahramanmaraş şəhərində baş verən 7,7 bal gücündə zəlzələ Suriyada da böyük dağıntılara və insan tələfatına səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 3480-ə çatıb, 3 min nəfər isə yaralanıb. On ildən çox davam edən müharibə nəticəsində parçalanan Suriya təbii fəlakətin də qurbanı oldu. Zəlzələdən ən çox zərər çəkən bölgələrdən biri isə Türkiyə ilə sərhəddə yerləşən, şimalda müxalifətin nəzarətində olan son anklav İdlibdir. Suriyanın bu bölgəsində onsuz da səfalət içində yaşayan, şaxtalı qışda köhnəlmiş müvəqqəti sığınacaqlarda daldalanan, təxminən, 4 milyon insanın indi daha çox yardıma ehtiyacı var. Burada dağıntılar altında qalanları əliyalın əhali xilas etməyə çalışır. Dağıntılar altından çıxarılan cəsədləri toplamaq üçün torba belə çatışmır, kütləvi məzarlıqlar qazılır. Suriyadan yayılan ürəkağrıdıcı görüntülər sosial şəbəkələrdə böyük səs-küyə səbəb oldu. Bu ölkəyə yardım üçün Azərbaycandan da çağırışlar edildi. Bildirilir ki, Suriyada zəlzələdən zərər çəkənənlərin ən az Türkiyə qədər dəstəyə ehtiyacı var, Azərbaycan hökumətinin Suriyaya da mümkün qədər yardım göndərməsi tövsiyə olunur.
Milli Məclisin deputatı Naqif Həmzəyev səslənən fikirlərlə bağlı münasibətini bildirib.
Deputat deyib ki, Suriyaya digər dövlətlərdən kifayət qədər yardım göndərilir, göndərilməyə davam edəcək: "Bu baxımdan, riskə girib, o təhlükəli ərazilərə Azərbaycan tərəfindən yardım heyətinin göndərilməsinə ehtiyac yoxdur. Çünki bu gün bizim hədəfimiz və məqsədimiz türk qardaşlarımızın fəlakətdən az itki ilə çıxmasına yardım göstərməkdir. Bizim gücümüz elə Türkiyədəki ağrını-acını azaltmağa ancaq yetəcək. Ona görə də bu fikirlərlə çıxış etməyin heç bir əsası yoxdur. Türkiyə də hazırda Suriyaya yardım məqsədilə öz heyətini göndərə bilmir. Gücümüz Türkiyə ilə bölüşdürülməlidir. Necə ki Azərbaycan dövləti, xalqı bunu nümayiş etdirir. Sonuna qədər də Azərbaycanın göndərdiyi heyət xilasetmə əməliyyatlarında iştirak edəcək. Həkimlərimiz yaralıların sağalmasında, əməliyyat olunmasında aktivlik nümayiş etdirəcək. Paralel olaraq Bakıdan yardımlar sonadək göndəriləcək. Yəni hədəfimiz Türkiyənin yanında olmaqdır. Türkiyə bizim öz vətənimizdir. Orada baş vermiş təbii fəlakəti də öz başımıza gəlmiş təbii fəlakət kimi dəyərləndiririk. Bütün gücümüzü səfərbər etməli, qardaş ölkəyə dəstəyimizi davam etdirməliyik".
N.Həmzəyev bildirib ki, təbii fəlakətlə əlaqədar ilk andan etibarən Türkiyəyə Azərbaycan dövləti tərəfindən böyük xilasedici heyət göndərilib:
"Bunun ardından hərbi-tibbi personal yardım üçün yola salındı. Hazırda müxtəlif yardım TIR-ları göndərilir, yardım kampaniyası davam edir. Heç kimə sirr deyil ki, Türkiyə-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsini aşıb. Bu qardaşlıq münasibətində Türkiyədə baş vermiş faciəni Azərbaycan xalqı, dövləti öz ərazisində baş veribmiş kimi qəbul edir". / azxeber.com

Siyasi       Tarix: 12 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

"Prezident İlham Əliyev xalqımızı çox böyük təhlükələrdən qorumağı bacarıb" - Elman Nəsirov

Prezident İlham Əliyevin indiyə qədər həyata keçirdiyi siyasətin əsas prioritetini dövlətin və xalqın maraqlarının qorunması təşkil edib. Milli maraqların qətiyyətlə müdafiəsi, ölkənin təhlükəsizliyinin və sabitliyinin təmi

Teymur Kərimov vəfat etdi

Azərbaycan elminə ağır itki baş verib. xəbər verir ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin baş elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Teymur Cəla

Ukrayna Rusiyanın ordu generalına qarşı cinayət işi başlatdı - Gerasimovun başı dərddə

Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) və Baş Prokurorluq Ofisi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov barəsində hərbi cinayətlər faktı üzrə cinayət işi başladıb. xəbər verir ki, b

Leyla Əliyeva Yevlaxda Cümə məscidinsə - FOTOLAR

İyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlax şəhərinə səfəri çərçivəsində Cümə məscidini ziyarət edib. xəbər verir ki, Leyla Əliyeva məsciddə din

ABŞ Cənubi Qafqaza niyə hələ də səfir göndərmir? - İLGİNC SƏBƏBLƏR

ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirliklərinin uzun müddətdir daimi səfirsiz fəaliyyət göstərməsi Vaşinqtonun Cənubi Qafqaz siyasəti ətrafında müzakirələri yenidən gündəmə gətirib. Regionda geosiyasi prosesləri

Paşinyandan yeni konstitusiya ilə bağlı - Açıqlama

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni konstitusiyaya ehtiyacı olduğunu bir daha bəyan edib. KONKRET.azxəbər verir ki, Paşinyan bu haqda Konstitusiya Günü münasibətilə xalqa müraciətində danışıb. O bildirib ki

Ermənistan bu dəmir yolunun bərpasına başladı

"Ermənistan Gümrü-Axurik və Yerasxa hissələrində dəmir yolunun bərpası işlərinə başlayıb". xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib. "Bu işi biz həyata keçirəcəyik

Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda amerikalı iqtisadçı, professor Ceffri Saksla görüşüb. xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X"

İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də mətbuata bəyanatlarla çıxış ediblər. xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış etdi


azerbaycan xeberleri son xeberler yeni xeberler qarabag cəbhədən son dəqiqə zelzele sonxeber