RMİD milli mətbuat gününü qeyd edib - FOTOLAR
Reklam və marketinq sahəsinin inkişafına dəstək İctimai Birliyi (RMİD) 22 iyul – Milli Mətbuat günü ilə bağlı tədbir təşkil edib.
azxeber.com xəbər verir ki, səhər yeməyi masası ətrafında düzənlənən görüşə uzun illər media qurumlarında fəaliyyət göstərən jurnalistlər qatılıb. Tədbirdə çıxış edən RMİD sədri və İdarə Heyətinin üzvləri Azərbaycan milli mətbuat ənənələrinin yaşamasında yorulmadan çalışan KİV nümayəndələrini təbrik edib.
Qeyd olunub ki, 149 illik tarixi olan Azərbaycan milli mətbuatının yaradıcısı Həsən bəy Zərdabi və bu yolu vicdanla, peşəkarcasına davam etdirən qələm sahiblərinin xalqımızın müxtəlif sahələrdə maariflənməsinə, cəmiyyətin inkişafına, intellektual səviyyənin artmasına misilsiz xidmətləri danılmazdır.
"Mətbuat cəmiyyətin güzgüsüdür" deyə vurğulayan çıxışçılar KİV nümayəndələrinə , gənc jurnalistlərə bu çətin peşənin yükünü şərəflə daşımağı, dövlətimizə, xalqımıza faydalı olmağı arzulayıblar. Sonra tədbirdə iştirak edən jurnalistlərə hədiyyələr təqdim edilib.






Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat