Ronaldo əsəbiləşib meydanı tərk etdi - SƏBƏB BU İMİŞ - VİDEO
İtaliyanın "Yuventus" komandasının baş məşqçisi Mauritsio Sarri A Seriyasının XII turunda evdə "Milan"ı 1:0 hesabı ilə məğlub etdikləri oyunda Kriştiano Ronaldonu əvəzləməsinə aydınlıq gətirib.
İtaliyalı mütəxəssis matçın 55-ci dəqiqəsində portuqaliyalı hücumçunun yerinə qələbə qolunun müəllifi olan Paulo Dibalanı buraxmasını bu cür şərh edib: "Ronaldo oynamaq üçün əlindən gələni etdi. Ancaq gördüm ki, özünü yaxşı hiss etmir və onu əvəzləməyin daha yaxşı olacağını düşündüm. Ən yaxşısını ortaya qoyan bütün oyunçular əvəzləndiyi zaman əsəbləşir".
Sarri ardıcıl ikinci oyunda Ronaldonu əvəzləyib. O, Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Rusiyada "Lokomotiv"i 2:1 hesabı ilə məğlub etdikləri görüşün 82-ci dəqiqəsində Ronaldonu meydandan alıb.
Portuqaliyalı forvard hər iki halda əvəzlənməsindən narazı qalıb. O, "Lokomotiv"lə matçda baş məşqçinin əlini sıxmayıb, "Milan"la dueldə isə birbaşa paltardəyişmə otağına gedib.
Qeyd edək ki, Ronaldo sonuncu dəfə 2016-cı ilin mayında ardıcıl 2 oyunda əvəzlənib. O, ötən mövsüm cəmi 2 dəfə yerini komanda yoldaşına verib. (report)
/publika.az
f Paylaş
Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır