"Rossiya 24" telekanalında müstəqilliyimizin bərpasının 30 illiyinə həsr olunmuş veriliş yayımlanıb - FOTO

Yanvarın 30-da "Rossiya 24" telekanalında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Azərbaycan Prezidenti İlham Əliyevin 60 illiyinə həsr olunmuş "Hakimiyyət formulu" verilişi yayımlanıb.
azxeber.com xəbər verir ki, "Hakimiyyət formulu" verilişinin daimi aparıcısı, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman verilişi Prezident İlham Əliyevin Azərbaycanın inkişaf planlarını bölüşdüyü on il əvvələ aid kadrlarla açıb.
Qeyd olunub ki, bu illər ərzində bütün planlar reallığa çevrildi. Verilişdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrindən, ölkəmizin bütün sahələrdə dinamik inkişafından, beynəlxalq təşkilatlara, xüsusilə də Qoşulmama Hərəkatına uğurla sədrlik edən Azərbaycanın artan nüfuzundan, koronavirus pandemiyası dövründə inkişaf etməkdə olan ölkələrə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilən böyük humanitar yardımından bəhs edilib.
Azərbaycanın əsas problemi həll olundu, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Prezident İlham Əliyev müsahibəsində ölkənin ərazi bütövlüyünü bərpa etməsindən, əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməsindən danışıb. Verilişdə işğaldan azad edilmiş torpaqların bərpası prosesini, Azərbaycan dövlətinin başçısının Qarabağ torpaqlarına səfərlərini əks etdirən kadrlar təqdim olunub.
Mixail Qusman Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinə qarşı qədim zamanlardan bəri hökm sürən tolerantlıq mühitini xüsusi qeyd edib. Aparıcı bildirib ki, o, bunu şəxsən özü bilir. "Multikulturalizm azərbaycanlıların qanındadır", - deyə Mixail Qusman vurğulayıb.
Verilişdə, həmçinin fəal inkişaf edən Azərbaycan-Rusiya əlaqələrindən danışılıb. Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrikində Azərbaycana sürətli tərəqqi arzularını əks etdirən kadrlar da nümayiş olunub. Prezident İlham Əliyevin Azərbaycan ilə Rusiya arasında bütün istiqamətlərdə, xüsusilə humanitar sahədə genişlənən uğurlu əlaqələr barədə fikirləri də təqdim edilib.
Veriliş telekanalın həm gecə, həm də səhər efirində yayımlanıb.

Siyasi       Tarix: 30 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il


yeni xeberler son xeberler azerbaycan xeberleri metbuat maşın realiti şou cəbhədən son xeber sonxeberler