Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır

Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır"2025-ci ilin dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri, sosial-iqtisadi siyasət, müdafiə və təhlükəsizlik çağırışları istiqamətləri ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin, regionda baş verən hadisələrin və işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra  edilibdir"
azxeber.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Rövşən Muradov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, büdcə balansının belə müsbət nəticələnməsi dövlət maliyyəsinin idarə edilməsində fiskal intizamın gücləndirilməsi göstəricisi kimi qiymətləndirilə bilər:
"Keçən il dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş proqnoz göstəricilərindən 2,2 faiz çox olmaqla 39,2 mlrd. manat, xərcləri isə təsdiq olunmuş proqnoz göstəricilərindən 6,8 faiz az olmaqla 38,6 mlrd. manat təşkil etmiş və dövlət büdcəsi uzun illərdən sonra 580,0 milyon manat profisitlə icra edilmişdir. Büdcə balansının belə müsbət nəticələnməsi (yəni, gəlirlərin xərcləri üstələməsi) dövlət maliyyəsinin idarə edilməsində fiskal intizamın gücləndirilməsi göstəricisi kimi qiymətləndirilə bilər. Lakin, Hesablama Palatasının Rəyində də qeyd olunduğu kimi, gəlirlərin ardıcıl olaraq proqnoz göstəricilərindən yüksək, xərclərin isə nəzərdə tutulduğundan əhəmiyyətli dərəcədə aşağı icra olunması, nəticə etibarı ilə büdcə planlaşdırılmasının təkmilləşdirilməsini zəruri edir.
Ötən ildə dövlət büdcəsinin gəlirlərinin proqnozdan artıq icra olunması həm neft-qaz, həm də qeyri-neft-qaz sahələri ilə bağlı olmuşdur. Belə ki, qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 20,4 mlrd. manat təşkil etməsi və proqnozla müqayisədə 311,2 milyon manat və ya 1,6 faiz artıq icrası iqtisadiyyatın şaxələndirilməsi (diversifikasiyası) istiqamətində görülən tədbirlərin müsbət nəticəsi kimi qiymətləndirilə bilər. Lakin, 2025-ci ildə neft-qaz sektoru üzrə daxilolmalar 18,8 mlrd. manat təşkil etdiyi halda, sözügedən sektor yenə də dövlət büdcəsində mühüm yer tutmaqda davam etmişdir.
Həmçinin qeyd olunmalıdır ki, 2025-ci ildə gəlirlərin proqnozdan artıq icrası fonunda dövlət büdcəsinə edilən artıq ödəmə və borc məbləğləri həcminin artımı büdcə gəlirlərinin dayanıqlılığı baxımından müəyyən risklər yaradır".
Deputat vurğulayıb ki, dövlət büdcəsi xərclərinin proqnozdan əhəmiyyətli dərəcədə az icra edilməsi invesitisiya xərcləri ilə əlaqədardır:
"Eyni zamanda nəzərə alınmalıdır ki, hesabat ilində dövlət büdcəsi xərclərinin proqnozdan əhəmiyyətli dərəcədə az icra edilməsi əsasən, invesitisiya xərcləri ilə əlaqədar olmuşdur. Fikrimizcə, investisiya xərclərinin belə az icra edilməsi sonda layihələrin vaxtında tamamlanmamasına və keçid layihələrin artımına səbəb ola bilər. Hesablama Palatasının Rəyinə diqqət yetirdikdə, aydın olur ki, Palata tərəfindən dövlət maliyyəsinin təkmilləşdirilməsi məqsədilə verilmiş bir çox tövsiyələr orada nəzərə alınıb. Bu tövsiyələr isə öz növbəsində dövlət büdcəsinin gəlirləri üzrə ikili uçotun aradan qaldırılmasını, cari, əsaslı və dövlət borcu xərclərinin qanunauyğun hesablanmasını, dividendlərin dövlət büdcəsinə ödənilməsi meyarlarının hazırlanmasını, xərclərin hesabatlılığında yol verilmiş nöqsanların aradan qaldırılmasını və s. bu kimi istiqamətləri əhatə edir.
Bu baxımdan qurumlararası koordinasiyanı yüksək qiymətləndirir və hesab edirəm ki, belə sıx və işgüzar əlaqələr büdcə sənədləşməsinin keyfiyyətini artırmaqla yanaşı, həm də dövlət maliyyə idarəetməsini təkmilləşdirir".
"Gələcəkdə büdcənin gəlir və xərclərinin daha dəqiq planlaşdırılması və daha səmərəli icrası üçün qanunvericiliyin təkmilləşdirilməsi, maliyyə nəzarəti tədbirlərinin və intizamının daha da gücləndirilməsi, büdcə xərclərinin icrasının səmərəlilik və nəticəlilik əsasında qiymətləndirilməsi istiqamətində görüləcək işlərə ehtiyac var. Deyilənləri nəzərə alaraq, ölkə başçısı tərəfindən Milli Məclisə təqdim olunmuş "2025-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsini dəstəkləyir və plenar iclasın müzakirəsinə tövsiyyə edirəm",- deyə deputat vurğulayıb.
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 09 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbərlər son xabar cebheden xeber en yeni xeberler