Röya sənətdəki çətinliklərdən danışdı: Vaxt olub ki

Röya sənətdəki çətinliklərdən danışdı: Vaxt olub kiXalq artisti Röya Ayxan sənət yolunda yaşadığı çətinliklərdən danışıb.
azxeber.com xəbər verir ki, ifaçı bu barədə "ARB" TV-də yayımlanan "Özəl" proqramında məlumat verib.
Röya bu zirvəyə heç də asan yollarla gəlmədiyini deyib:
"Kimsə adımı çəkib bir söz deyəndə xətrimə çox dəyir. Ya ümumiyyətlə, danışmayın. Danışanda da birinin sənətini unutmayın. Yaddan çıxarmayın ki, o sənətə necə gəldi, nə cür gəldi. Tək geyim, danışıq rol oynamadı. 16 yaşımdan 42 yaşa qədər 300 mahnımdan 250-i hit oldu. Ona görə kimsə adımı çəkəndə, deyirəm, ey zəhmət olmasa, dəstur! Çünki mən bu sənətə sevərək, əziyyətlə gəldim. Mən birinci qazanıb, tez qaçım evim, maşınım, paltarım olsun demədim. Lazım gələndə dostumun evində də qaldım, paltarını da geyindim, xahiş etdim ki, maşını ilə aparsın-gətirsin. Ona görə ki, yığdığım pulu yaxşı mahnıya xərcləyim, yaxşı işlər görüm. Bu gün də şükürlər olsun ki, etdiyimiz bütün işlər cavab verdi. Ona görə yanımda olan, hətta məni vuran, qaldıran hər kəsə təşəkkürlər. Çünki siz məni yıxmasaydınız, ayağa qalxmağı bilməzdim".
Sənətçi həmçinin Kazım Sübhanın onu "Böyük ulduz" , Tarix Əliyevin "Rəqibsiz ulduz" deyə təqdim etməsinə münasibət bildirib, ləqəblərin onun üçün maraqlı olduğunu söyləyib:
"Röya kifayətdir, amma digərləri də maraqlıdır. Məsələn, ötən dəfə "rəqibsiz ulduz" dedilər. Çünki mən özüm özümləyəm. "O niyə belə elədi, mən niyə qaldım", deyə, - düşünmədim. Öz işimdəyəm, öz yolumdayam".
Aysel

Şou Biznes       Tarix: 04 dekabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal hava haqqinda kriminal xeberler son xabarlar