Röyanın "Tez gəl" mahnısının bəstəkarı olan gənc həkimlə MÜSAHİBƏ + FOTO

Röyanın Röyanın "Tez gəl" mahnısının bəstəkarı olan gənc həkimlə MÜSAHİBƏ + FOTO
Onun üçün həkimlik peşə, musiqi həyat tərzidir. Deyir ki, xəstəxanada iş otağına daxil olduğu halda həkim, işi bitəndən sonra bəstəkardır. Həm insanlara şəfa verir, həm də ruha toxunmağı bacarır. 
"Kaspi" qəzetinin Röyanın ifa etdiyi, trendlərdə ilklərdə olan məşhur "Tez gəl" mahnısının söz yazarı və bəstəkarı, Almaniyada yaşayan azərbaycanlı həkim Etibar Rzalı ilə müsahibəsini təqdim edirik:
9 ildir ki, Almaniyada həkimlik fəaliyyəti ilə məşğuldur. Amma biz onu Röyanın ifasında sevilən, qısa müddət ərzində məşhurlaşan "Tez gəl" mahnısı ilə tanıdıq. Gənc bəstəkarla həm həkimlik, həm də yaradıcılıq fəaliyyəti ilə bağlı söhbətləşdik. Tovuzda həkim ailəsində dünyaya gəlib. Anası pediatr, atası kardioloqdur. Elə orta məktəbi də Tovuzda bitirib və Azərbaycan Tibb Universitetində "Müalicə işi" ixtisası üzrə təhsilini davam etdirib. 6 illik həkimlik təhsilindən sonra rezidentura üçün Almaniyaya yollanıb. Hazırda Almaniyada xəstəxanaların birində radioloqdur. 
- Etibar bəy, həkimlik ailədən gəlir, bəs bəstəkarlıq? 
- Atamın babası məşhur aşıq olub. Tovuzdakı musiqi məktəbi də onun adını daşıyır. Mən də 7 il həmin musiqi məktəbinə getdim və oranı piano aləti üzrə bitirdim. Hətta 1-ci sinifdə müəlliməm müğənni Tünzalə Ağayeva idi. Həkim ailəsində böyüsəm də, şeirli, musiqili, sözlü məclislərdə olmuşam. Atam elektrik gitarada ifa edə bilir, qardaşım şeir yazırdı. Ailə məclislərində saz, söz bizim üçün standart idi. Mən də ilk şerimi 13 yaşımda yazdım. Bəstəkar, şair olmaq kimi planım yox idi, hazırda da elədir. Sanki həyat özü məni o istiqamətə aparır. 15-20 ildir mahnı yazır, öz dostlarım arasında bəstələdiyim mahnıları ifa edirəm. Amma bu yolda peşəkar addım atmağa son illərdə qərar vermişəm. Həkimlik isə, həqiqətən, ailədən gəlir. Yadımdadır, evimizdə "xəstə otağı" var idi. Gecə, gündüz, fərq etmədən hər saat bizə xəstə gələ bilərdi. Gözümü açandan həkimlər və xəstələrlə böyümüşəm. Təsəvvürümdə həkimlikdən başqa peşə olmayıb. Mənə elə gəlirdi ki, ancaq həkim ola bilərdim, oldum. 
Röyanın - Həkimlik fəaliyyətinizdə də yaradıcılıq qabiliyyətinizin sizə kömək etdiyini deyirsiniz. Radiologiya ilə incəsənət arasında hansı əlaqə var? 
- Tibdə digər ixtisaslarla müqayisə etdikdə, radiologiya həqiqətən, mənim xüsusiyyətlərimə uyğundur. Məsələn, özümü cərrah kimi təsəvvür edə bilmərəm. Hətta həyatda qarşıma seçim qoysalar ki, ya cərrah olmalısan, ya da bu sahədən getməlisən, gedərdim. Mənim sahəmdə ağ xalatı soyunduqdan sonra işin bitir. İşdən sonra rahatlıqla hobbilərinlə məşğul ola bilirsən. Yaradıcılıqla əlaqəsinə gəldikdə isə, düşünürəm ki, radiologiyanı daha yaxşı qavramaq üçün incə və geniş baxış əhəmiyyətlidir. İncəsənət duyumu baxdığın yüzlərlə şəkillərin arasında patologiyanı görə bilməkdə çox kömək olur. 
- Xəstəxanada ağ xalatda piano arxasında "Alagözlüm"ü ifa etdiyiniz videonuzla rastlaşdım. Maraqlıdır, almanların musiqiçi həkimə münasibətləri necədir? 
- Bəli. İş zamanı, yemək fasiləsində ifa edirdim. Həm həkimlik, həm incəsənətlə məşğul olmaq biz azərbaycanlılara daha çox məxsusdur. Çünki uşaqlıqdan musiqi ilə böyüyürdük. Bizim dövrdə əksər evlərdə piano olurdu. Hər evdə mütləq musiqi məktəbinə gedən uşaqlar var idi. Almaniyada belə deyil. Bir insanın həm bəstəkar, həm də həkim olmasını almanlar anlamırlar. Deyirlər ki, bəstəkarlıq qabiliyyətin varsa, niyə illərlə əziyyət çəkib, həkim olmaq üçün saç ağardırsan? Hətta mahnı işıq üzü görəndən sonra  məndən soruşurdular ki,  həkim kimi davam etmək fikrin varmı? Onlar bu sahədən gedəcəyimi düşünürdülər.
Röyanın - Həqiqətən, bir çox müğənni və bəstəkarlar var ki, həkimliyi atıb, musiqiyə yönəliblər. Siz necə düşünürsünüz? 
- Düzünü desəm, bilmirəm. O barədə düşünmürəm. Məndən 15 il öncə soruşsaydılar ki, "Almaniyaya gedəcəksiniz?", deyərdim ki, yox, alman dilini öyrənmək fikrim yoxdur. Amma indi Almaniyada yaşayıram. Hazırda elə fikrim yoxdur. Bəstəkarlıq səhnə arxası, yaradıcılıq işidir. Mən işimi bitirdikdən sonra bununla məşğul oluram. İş vaxtı heç kim musiqiçi olduğumu hiss etmir. İşdən sonra da əksinə, həkim olmuram. İncəsənət vaxtımı deyil, boş vaxtımı alır. Bu gün əynimdəki ağ xalatımla xoşbəxtəm. Həkimliyi bacarıram və zövq alıram. Amma musiqisiz də dünyanın rəngsiz olduğunu düşünürəm.
- "Tez gəl"i Röyanın oxuyacağını xəyal edərək bəstələdiyinizi bildirmisiniz. Maraqlıdır, bu mahnı necə ərsəyə gəldi? 
- O mahnını necə yazdığımın hər anı yadımdadır. 2009-cu il idi. Dərs üçün bir xəstəxanadan digərinə gedəndə, yolda yazmağa başladım. Yarısını avtobusda, yarısını da xəstəxanada yazmışam. Bu mahnıda böyük sevgi, əmək var . O vaxt  „Tez gəl"i Röyanın oxuması mənim üçün əlçatmaz idi. Musiqiçi ətrafım o qədər də geniş deyildi deyə, sadəcə bir xəyal idi. Bu müddət ərzində bir çox müğənnidən gələn təklifi də rədd edib, bu günü gözləyirdim. Nəhayət, 14 il sonra mahnı ünvanına çatdı. Mənim üçün məşhurluq önəmli deyildi, həmişə ortaya keyfiyyətli iş qoymaq üçün çalışıram. İstədiyim kimi də oldu.  
- Bəs ailənizin reaksiyası necə oldu? 
- Ailəm, dostlarım, məni tanıyan, tanımayan insanlardan müsbət reaksiyalar aldım.  Təsəvvür edin, işdə gecə növbəsində olarkən, mahnını dinləyib mənə yazırdılar. Hamısı mənimlə eyni zövqü, həyəcanı yaşadılar. Bu məni çox sevindirirdi. 
Röyanın - Etibar bəy, maraqlıdır, işlərindən ilhamlandığınız kumiriniz varmı? 
- Aygün Səmədzadə, Sezen Aksunun əsərlərini çox bəyənirəm. Çiğdem Talu kimi söz yazarı olmaq istəyərdim. Həyatımı isə bəlkə də Ələkbər Tağıyevin həyatına  bənzətmək olar. O da musiqiçi olmayıb, amma "Sən gəlməz oldun" kimi şedevr yaradıb. Xəyal qursam, ona bənzəmək istəyərəm. Məni bəstəkar adlandırmaq üçün hələ tezdir. Onu zaman göstərəcək. Yazdığım sözlərdə, musiqilərdə bənzətməyə deyil, orijinallığa üstünlük verirəm. Bəzi mahnılarım mütləqdir ki, müəyyən zövqləri oxşamayacaq. Amma mənim üçün əsas olan öz baxış bucağımı layiqincə sərgiləyə bilməkdir.  / oxu.az

Şou Biznes       Tarix: 01 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat xeberleri son xeberler az xeber.az bu gun en son xeberleri